"Rusiya-Ukrayna müharibəsi 2-ci mərhələnin başlanğıcındadır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya-Ukrayna müharibəsi 2-ci mərhələnin başlanğıcındadır" - POLİTOLOQ ŞƏRH ETDİ

"İndiki halda Rusiya-Ukrayna müharibəsi 2-ci mərhələnin başlanğıcındadır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov bildirib.

Onun sözlərinə görə, Ukrayna son bir neçə gündür ki, öz torpaqlarını işğaldan azad etmə prosesinə başlayıbdır: "Hesab edirəm ki, bu proses uzun müddət davam edəcək. Nəzərə almaq lazımdır ki, artıq hər iki tərəf kifayət qədər bu müharibədən yorulub. Demək olar ki, Rusiyanın həm silah-sursatı azalıb, həm də personal baxımından əziyyət çəkir. Bu da təsadüf deyil ki, sentyabr ayının 20-də də Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik elan edilməsi ilə bağlı sərəncam imzaladı. Bu sərəncama əsasən, 300 mindən artıq hərbi qulluqçu qısa müddət ərzində ordu sıralarına daxil olmalıdır. Bu isə Rusiya daxilində böyük bir ajiotaj yaradır. Hələ ki, proseslər bu istiqamətdə davam edir. Rusiya-Ukrayna müharibəsinin indiki gedişatı Ukraynanın Xersonu və digər əraziləri azad etməklə bağlı məsələlərə köklənib. Zelenskinin verdiyi açıqlama ortaya qoyulan hədəfin Kırm və Dombasın tam azad olunması və Rusiya sərhədlərinə çatmasına qədərki proseslə bağlıdır. Zelenski bildirir ki, bu ərazilərin hamısı tam şəkildə işğaldan azad edilmədiyi təqdirdə bu müharibə dayanmayacaq. Qərb ölkələri isə hələ ki Ukraynaya yardım edir. Hesab edirəm ki, çüharibənin bundan sonra da bir neçə ay davam etməsi gözlənilir. Bu müharibə ancaq Ukraynanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bitə bilər. Bəli, zaman-zaman Rusiyadan nüvə silahı ilə bağlı fikirlər səslənsə də, Ukrayna bu təhdidlərə məhəl qoymadı".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə