Bu gün Azərbaycanda gedən quruculuq işlərini, ermənistan üzərində çalınan qələbəni görməyənlər yəqin ki, kor olmalıdı. Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı Cənab Prezidentimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqı üçün nə qədər əmək sərf etdiyindən danışmağa ehtiyac görmürəm. Çünki görülən işlər göz önündədir. Biz Kəlbəcər rayonu işğal olunan zaman 113 gün ailəlikcə düşmən mühasirəsində qalmışıq. Kəlbəcərin düşmən tərəfindən necə qarət edilib, viran qoyulduğunun canlı şahidiyəm. 18 aprel 1993-cü ildə sığındığımız dağda düşmən izimizi taparaq bizə qarşı amansız qəddarlıqlar törətdilər.12 nəfəri gözümün önündə güllələdilər, 14 nəfərimizi əsir apardılar. Sağ qalanlar isə müxtəlif xəsarətlərlə qaçıb canın qutara bildilər. Oğlum Habil Əsgərov əsil qəhrəmanlıq göstərərək 6 nəfər Başlıbel kənd sakinlərini girovların içərisindən çıxararaq həyatlarını xilas edə bilmişdi. Biz 18 aprel faciəsindən 30 nəfər sağ qaldıq. O zaman mənim həyat yoldaşım da hər iki qolundan ağır güllə yarası almışdı. 4 az yaşlı uşaqlarım, yaralı həyat yoldaşım, qoca atam və digər iki nəfər yaşlı kənd sakini ilə bərabər rəhmətlik Xasay, həyat yoldaşı, 2 körpə güllə yarası almış uşaqları ilə birlikdə dağlarda, kahalarda qalmalı olduq. Həmin vaxt Laçında mühasirəyə düşüb, Başlıbelə sığınmış əsgər Müzahim Abdullayevin bizə çox dəstəyi oldu. Bizim yaşadığımız bu faciənin səbəbkarları o zamankı hakimiyyətdə rəhbər olan səriştəsizlər olmuşdu. Qeyrətli oğullarımız o zaman da vardı. Hər biri vətənin azadlığı uğrunda canından keçməyi bacarırdı. Lakin kreslo davası ucbatından minlərlə insanlarımız, 20 faizdən çox torpaqlarımızı itirdik. 4 mindən çox itkinimizdən bu gün də bir məlumat yoxdur. Öz-özünə sual verirsən ki, bu faciələr olmaya bilərdimi? Bəli, Heydər Əliyev rəhbər olsaydı, bu faciələr yaşanmazdı. Mühasirədən çıxdıqdan sonra belə uzun illər insan kimi yaşaya bilmədik. Bu gün Cənab Prezidentimiz İlham Əliyevin sayəsində o dəhşətləri yaşadığımız yerləri ziyarət edə bildik. Yuxu kimi idi. Bu günə qədər itirilmiş torpaqlar geri alınmamışdı. Bunu Müzəffər Ali Baş komandan İlham Əliyev bacararaq əyilmiş başımızı qaldırdı. Bundan böyük qələbə nə olardı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, Dövlətimizə güc-qüvvət versin. Bayrağımız uca olsun! Mən bir Şəhid ailəsi, bir şair kimi Cənab Prezidentimiz İlham Əliyevin gördüyü işlərə öz şerimlə belə minnətdarlıq edirəm.
Mənfur düşmənlərə qələbə çaldın,
Xalqıma iftixar qürursan, yaşa!
Dəmir yumruq ilə Cənab Prezident..
Tutduğun mövqeydə durursan, yaşa!
Dünyanı mat qoyub bu gün hünərin,
İşğal etdikləri, kəndin, şəhərin,
Çəkib baş planın, qoyub təməlin,
Müasir görkəmdə qurursan, yaşa!
Dağların altından yollar çəkilir,
Düşmənlərin ona gözü tökülür.
Yeni hava limanları tikilir,
Millətin qeydinə qalırsan, yaşa!
Zəngəzur yolu da açılsın gərək,
Çalışıb bu haqda çox işlər görək.
Hər şeyi diqqətlə ölçüb biçərək,
Düşünüb plana salırsan, yaşa!
Hara səfər etsən cəsarətinlə..
Polad iradənlə, dəyanətinlə.
Parlaq zəkanızla, siyasətinlə..
Dediyinə nail olursan, yaşa!
İş yeri açılır, çoxalır gəlir..
Güzaran dəyişir, üzümüz gülür.
Ölkə abadlaşır, illəri bir-bir,
Uğurlarla başa vurursan, yaşa!
Sönməz, təsvir edir gördüyün sözdə..
Vətən nicat tapdı yağıdan sizdə.
Ulu öndər kimi, ürəyimizdə..
Əbədi yerini alırsan, yaşa!
Ələkbər Sönməz
Başlıbel faciəsinin canlı şahidi, şəhid ailəsi, şair, ziyalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB