Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi ŞƏRH

Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi ŞƏRH

Bir milyondan çox məcburi köçkünlərdən biri olaraq, qeyd edə bilərəm ki, mənfur düşmən bizlərədə Xocavənd rayonun Qaradağlı kəndində birinci qarabağ müharibəsi zamanı acı günlər yaşadıb.Tarix boyu türklərə qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti – Qaradağlı soyqırımını həyata keçirdilər. 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlı quldur birləşmələri tərəfindən işğal olunmuş, kənddə olan 118 nəfər əsir götürülmüşdür. Əsir götürülənlərdən əksəriyyəti gənclər olmaqla 33 nəfəri kəndin yaxınlığında vəhşicəsinə güllələnmiş, öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqla örtmüşlər. Əsir götürülənlərdən 68 nəfəri öldürülmüş, 50 nəfəri böyük çətinliklərlə azad edilmişdir. Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülmüş, 43 ailə öz başçısını itirmiş, 1 ailədən hər iki valideyn qətlə yetirilmiş. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur. 146 uşaq yetim qalması ilə nəticələnən Qaradağlı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir.Məcburi köçkün həyatının ilk illərində çox acınacaqlı günlər yaşamışıq. İnsanlar çadır şəhərciklərinə ağrılı günlər keçiriblər. Tədricən dövlətimizin diqqət qayğısı nəticəsində məcbur köçkün ailələri piləli şəkildə evlərlə təmin olunublar. Dövlətimiz daim məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması üçün, bir çox uğurlu işlər görüb. Nə qədər həyat şəraiti yaxşı olsada məcburi köçkünlər daim öz torpaqlarının həsrətini çəkirdilər. Nəhayyət ki, 27 sentyabr 2020- ci il tarixdə cəbhə bölgəsində düşmənin törətdiyi hücüm əməliyyatına cavab olaraq, ordumuz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı kaputalsiya aktını imzalamağa məcbur etdi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!

Yaşasın Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının Sədri

Bütün xəbərlər Facebook səhifəmizdə