"Ermənistanın yeganə çıxış yolu Azərbaycanın ayağına düşməkdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ermənistanın yeganə çıxış yolu Azərbaycanın ayağına düşməkdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Prezident İlham Əliyevin Laçına səfər etməsi və Laçın rayonunun şəhərinin mərkəzində üçrəngli Azərbaycan bayrağının ucaldılması tarixi bir hadisədir. Bildiyimiz kimi, Laçın 44 günlük Vətən müharibəsi bitdikdən sonra bir güllə atmadan Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində azad olunub. Ancaq Laçın şəhərinin mərkəzindən Laçın yolu keçdiyi üçün biz şəhəri tam nəzarətə götürə bilməmişdik. Alternativ yol tikilib təhvil verildikdən sonra isə avqustun 26-da biz Laçın rayonu və onun ətrafındakı kəndləri nəzarətə götürdük". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bu açıqlamalardan göründüyü kimi Azərbaycan Silahlı Qüvvələrinin bütün sərhədboyu ərazilərdə yerləşməsinin tək və yeganə səbəbkarı Ermənistanın təcavüzkar və təxribaçı siyasətidir: "Həmçinin Ermənistan tərəfinin irəli sürdüyü bir sıra əsassız arqumetlər var. Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan əgər həmin əraziləri sərhəd hesab edirdisə, niyə həmin ərazilərdə sərhəd tikməyiblər? Aydın məsələdir ki, onlar Qarabağ və ətraf ərazilərə göz tikmişdilər. Cənab Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, biz Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaradılmasına qətiyyən icazə verməyəcəyik. Hazırda Azərbaycan bütün sərhədboyu mövqeyini qüvvətləndirir.

Prezidentin də qeyd etdiyi kimi bütün XIX və XX əsrin xəritələrini incələyərək tarixə baxsaq görərik ki, bu ərazilər Azərbaycan torpağıdır. Bütün azərbaycanlıların haqqıdır ki, öz dədə-baba torpaqlarında yaşasınlar. Bu hüququ heç kim bizim əlimizdən ala bilməz. Bu halda Ermənistanın yeganə çıxış yolu Azərbaycanın ayağına düşmək və beynəlxalq qurumlara sülh müqaviləsini imzalamaq istədiklərini bildirmək və dondurulmuş Brüssel və Moskva görüşlərinin ən qısa zamanda davamını bərpa etmək və sülh üçün addımlar atmaqdır. Biz fəxr edirik ki, bizim Ali Baş Komandan Prezident İlham Əliyev var. Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, ən qısa zamanda laçınlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar, biz böyük qayıdışın davamının şahidi olacağıq. Laçına müxtəlif istiqamətlərdən avtomobil yollarının çəkilişi davam edir, eyni zamanda Laçında Beynəlxalq Hava Limanın inşası davam edir və Laçının bütün elektrik təminatları üzrə məsələləri öz həllini tapmaqdadır. Biz Qarabağ və Şərqi Zəngəzur mahalını cənnət məkana çeviririk. Heç kim bu prosesi dayandıra bilməz, heç kim azərbaycanlıların öz dədə-baba yurdlarında yaşamalarına mane ola bilməz”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə