"Bu acı məbluğiyyət Ermənistanı daha çətin vəziyyətə salır" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra regionda yeni siyasi konfiquriyasiya formalaşdırıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, yeni mənzərədə Azərbaycan diqtə edən tərəfdir: "Yeni yaranmış reallıqlar çərçivəsində Azərbaycan Ermənistana sülh təklif edir. Azərbaycan tərəfi bölgədə dayanıqlı sülhün və sabitliyin gəlməsini istəyir. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipləri bu gün müzakirə olunan məsələdir. Ermənistanın baş naziri Nikol Paşonyan bu təklifləri qəbul edir və öz üzərinə öhdəliklər götürür. Amma son günlər Ermənistanın siyasi-hərbi isteblişmentinin təşkilatçılığı ilə sərhəddə törədilən təxribatlar və Ermənistanın acı məbluğiyyəti Ermənistanı daha çətin vəziyyətə salır. Dünya Ermənistanı tanıyır, haqlının kim olduğunu görür.
Ermənistanın bu riyakar oyunlarını dəstəkləyən dövlətlər var. Bu dövlətlər sülh tərəfdarı deyil. Azərbaycan Prezidentnin siyasi gedişləri, diplomatik məharəti bütün bunların qarşısını alır. Hazırda sülh prosesi ilə bağlı danışıqlar gedir. Biz bütün danışıqlarda məsələnin həll olunmasının tərəfdarıyıq. Amma bu görüşlərdə hər hansı bir konkret nəticənin alınacağına inanmıram. Bizim arzumuz artıq müharibənin olmamasından ibarətdir".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB