Laçın şəhəri, Zabux kəndi, Sus kəndi yenidən qurulacaq ANALİZ

Laçın şəhəri, Zabux kəndi, Sus kəndi yenidən qurulacaq ANALİZ

PREZİDENT İLHAM ƏLİYEV: “Bu gün fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli Bayrağımızı ucaltdım. Bu Bayraq burada əbədi dalğalanacaq”

Tarixi Zəfərimizdən ötən iki ilə yaxın bir müddətdə işğaldan azad edilmiş ərazilərimiz, sözün əsl mənasında, nəhəng tikinti meydanına çevrilib. Görülən işlərə diqqət yetirdikdə bir daha Azərbaycanla Ermənistan arasında fərq, ən əsası, torpağın əsl sahibi ilə əsassız iddialarla bu torpağa sahib olmağa çalışan və ərazilərimizi 30 il işğal altında saxlayan arasında fərq özünü qabarıq şəkildə büruzə verir. Biz nə qədər qurucu, yaradıcı xalqıqsa, erməni faşistləri də bir o qədər müharibələrin və barbarlığın törədiciləridir.Ən əsası isə, Azərbaycan Prezidentinin işğaldan azad edilmiş rayonlara mütəmadi səfəri etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. Bu baxımdan sentyabrın 21-də Laçına səfər etməsi, səfər çərçivəsində şəhərin mərkəzində Azərbaycan Bayrağını qaldırması bir daha işğalçı Ermənistana öz yerini göstərməsidir. Həmçinin, dövlətimizin başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış olub, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu. Həmçinin, bildirdi ki, Qubadlı-Laçın avtomobil yolu da dördzolaqlı inşa ediləcək: "Yəni, bu yol əsasdır", - deyə dövlət başçısı əlavə edib.

Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir

"İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir".Bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib. Vurğulayıb ki, müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur: «Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir. Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!”, - dövlət başçısı qeyd edib.

Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər

Dövlət başçımız Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən çıxışında deyib ki, Güləbird Su Elektrik Stansiyasından, - hansı ki, biz qısa müddət ərzində inşa etmişik, - buraya xətlər çəkiləcək və beləliklə, elektrik enerjisi ilə burada heç bir problem olmayacaq: “Şəhərin vaxtilə - 1980-ci illərdə tərtib edilmiş Baş Planı vardır. Bu, indi təhlil edilir, əlavələr olunacaqdır və Laçın şəhərini biz bərpa edəcəyik. Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək”. Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, artıq Laçın şəhərini bərpa edilməsinin vaxtı çatıb. Artıq buna hazırlıq işləri görülür.vaxtı çatıb. Dövlətimizin başçısı, həmçinin ərazidə dəymiş zərərin hesablanacağını da söyləyib: "Mən avqustun 26-dan dərhal sonra buraya bir neçə qrup göndərmişəm, bütün yaşayış fondunun təhlili, uçotu aparılacaqdır, dəymiş ziyan hesablanacaqdır. Eyni zamanda, təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanacaqdır. Laçın şəhəri, Zabux kəndi, Sus kəndi, ilk növbədə, yenidən qurulacaq. Əminəm ki, biz buna tez bir zamanda nail olacağıq. Çünki Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyümüz işlər - genişmiqyaslı quruculuq və bərpa işləri göstərir ki, biz öz diyarımızı, Vətənimizi öz hesabımıza bərpa edirik və edəcəyik".

Biz bütövlükdə Laçın rayonunu və bütün başqa rayonları bərpa edəcəyik

Azərbaycan Prezidenti İlham Əliyev onu da bildirib ki, maksimum iki il yarıma, - çox rahatlıqla Göygöldən Murov dağının altı ilə insanlar gəlib burada quracaqlar, yaşayacaqlar. Eyni zamanda dövlətimizin başçısı söyləyib ki, Qubadlı-Laçın avtomobil yolunun inşası ilə bağlı göstəriş verib: "Biz Horadiz-Zəngilan-Qubadlı avtomobil yolunun inşası ilə məşğuluq. Göstəriş vermişəm, Qubadlı-Laçın avtomobil yolu da dördzolaqlı inşa ediləcək. Yəni, bu yol əsasdır".Dövlətimizin başçısı rayonun elektrik enerjisi ilə bağlı mütəxəssislərin ezam edildiyini bildirərək vurğulayıb ki, Laçının elektrik təsərrüfatına baxış keçirildi, lazımi tədbirlər görüldü, generatorlar gətirildi: «Güləbird Su Elektrik Stansiyasından, - hansı ki, biz qısa müddət ərzində inşa etmişik, - buraya xətlər çəkiləcək və beləliklə, elektrik enerjisi ilə burada heç bir problem olmayacaq".Şəhərin vaxtilə - 1980-ci illərdə tərtib edilmiş Baş Planının olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, Laçın şəhərini bərpa edəcəyik: «Laçın şəhərini biz bərpa edəcəyik".

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bütün bu nailiyyətlərə xalqımızın iradəsi, birliyi nəticəsində əldə etmişik: "İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir".Bəli, bir sözlə, işğaldan azad edilən torpaqlarda bütün infrastrukturun, ümumilikdə rayon və şəhərlərimizin modern əsaslarda yenidən qurulması yaxın gələcəkdə Qarabağın cənnətə çevriləcəyindən xəbər verir.Ölkə başçısının dediyi kimi: «Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!»

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə