Tərtərdə şəhid Rüstəm Hacıyevin doğum günündə xatirəsi anılıb FOTOLAR

Tərtərdə şəhid Rüstəm Hacıyevin doğum günündə xatirəsi anılıb FOTOLAR

22 sentyabr 2022-ci il tarixdə şəhidin ailə üzvləri ilə birlikdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Aparatın məsul əməkdaşları, Tərtər rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, bir qrup YAP fəalları və ictimaiyyət nümayəndələri 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına Şəhid olmuş Hacıyev Rüstəm Firqani oğlunun doğum günü ilə əlaqədar onun məzarını ziyarət edərək, qəbri üzərinə gül- çiçək dəstələri düzmüş və xatirəsini ehtiramla yad edərək, ruhuna dualar oxunmuşdur. YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək 2022- ci il sentyabrın 27 başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışmış, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi bildirmişdir. Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər. Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Şəhid Hacıyev Rüstəm Firqani oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı sentyabrın 29-da Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.Tərtər rayonu Yuxarı Qapanlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rüstəm Hacıyev Firqani oğlu ölümündən sonra “Hərbi xidmətlərə görə”, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Bütün xəbərlər Facebook səhifəmizdə