Çavuşoğlu Astana Prosesi XİN rəhbərlərinin toplantısına qatılıb
ABŞ-ın Nyu York şəhərində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, İran xarici işlər Abdullahiyan və Rusiya Federasiyasının xarici işlər naziri Lavrovun iştirakı ilə Astana Prosesi Xarici İşlər Nazirləri Toplantısı keçirilib. SİA xəbər verir ki, görüşdə BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen də iştirak edib.
Çavuşoğlu görüşdə bunları deyib: "Biz Astana Prosesi Xarici İşlər Nazirləri Toplantısını keçirdik. Suriya böhranının daimi siyasi həlli üçün bütün sahələrdə diplomatik səylərimizi davam etdiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB