Bu gün Lerik rayonun Mistan kəndində Vətən Müharibəsi şəhidi Babayev Çingiz Sulduz oğlunun doğum günü xatirəsi anılıb. YAP Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov, Lerik rayon icra hakimiyyətinin əməkdaşları, Şəhid Ailələri və Qarabağ Əlilləri Cəmiyyəti Lerik rayon təşkilatının sədri Veysəl Məlikov, Lerik rayon ağsaqqallar şurasının sədri Elxan Qənbərov, Səfərbəylik və Hərbi Xitmətə Çağırış üzrə Dövlət Xitmətinin Lerik rayon şöbəsinin nümayəndəsi Kamran Əliyev, YAŞAT Fondunun Lerik rayonu üzrə nümayəndəsi Əlizamin Rzayev ictimaiyyət nümayəndələri, şəhidin ailələ üzvləri, şəhidimizin məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Qeyd edək ki, şəhid Çingiz Babayev 21 sentyabr 2001-ci ildə Lerik rayonunun Mistan kəndində anadan olmuşdur. Çingiz Babayev 2020-ci il 27 sentyabrdan etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsinin fəal iştirakçısı olur. Ağdərə, Tərtər və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərir. 10 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonu Mistan kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, əsgər Babayev Çingiz ölümündən sonra "İgidliyə görə" , "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB