"Bu, Azərbaycana münasibətdə beynəlxalq hüquqa zidd mövqeyinin bariz nümunəsidir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Bu, Azərbaycana münasibətdə beynəlxalq hüquqa zidd mövqeyinin bariz nümunəsidir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Amerika Birləşmiş Ştatları ilə əlaqələrin inkişaf etdirilməsi hər zaman Azərbaycan Respublikasının xarici siyasət prioritetləri arasında ön sıralarda olub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, bu günə qədər bir çox istiqamətlərdə, xüsusilə də, iqtisadi əlaqələrin inkişaf etdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması sahəsində kifayət qədər uğurlu yol xəritəsi izlənilib: "Amma çox təəssüflər olsun ki, hərbi-siyasi sahədə əlaqələrin eyni səviyyədə uğurlu olduğunu deyə bilmərik. Xüsusilə, erməni lobbisinin təsiri ilə formalaşmış qərəzli mövqeyinin nəticəsidir ki, bu günə qədər Azərbaycana qarşı tətbiq olunan 907-ci düzəliş hələ də ləğv olunmayıb. Digər tərəfdən, təxminən 30 ilə qədər davam danışıqlar prosesində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Amerika Birləşmiş Ştatlarının heç bir halda Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması və işğala son qoyulması tələbi ilə çıxış etdiyini müşahidə etməmişik. Həmçinin, son günlərdə ABŞ rəsmilərinin regionda sülh quruculuğu prosesinə zərbə vuracaq addımları və Azərbaycan Respublikasının ərazi bütövlüyünü hədəf alan çıxışları da ikitərəfli münasibətlərə zərbə vuran əsas amillər olaraq qiymətləndirilməlidir. Hər bir halda, proseslərin hazırki inkişaf tendensiyası ABŞ-da hakimiyyətdə olan demokratların Azərbaycana münasibətdə qərəzli və beynəlxalq hüquqa zidd mövqeyinin bariz nümunəsidir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə