"Hər dəfə atəşkəsi pozan erməni tərəfi olub" - POLİTOLOQ ŞƏRH ETDİ
"Ermənistan sülh yaratma prosesini dayandırmaq, Azərrbaycana qarşı fitnə fəsadlar yaratmaq üçün bütün yollara baş vururlar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, son zamanlar Amerika tərəfindən ermənilərə göstərilən dəstək onları daha da coşdurub: "Sərhəd bölgəsində baş verən döyüşlərlə bağlı bütün günahı Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Amma əldə olunan video-materiallar aydın şəkildə göstərir ki, Azərbaycanın sərhəd postlarına sızaraq təxribat törədənlər erməni diversantları olub. Bir neçə dəfə atəşkəs elan olunmasına baxmayaraq, hər dəfə atəşkəsi pozan erməni tərəfi olub. Azərbaycan bölgədə möhkəm və dayanıqlı sülh istəyir. Bu istiqamətdə əlindən gələn bütün səyləri göstərir. Belə olmasa idi keçirilən görüşlərdə sülh yaratma proseslərinə bu qədər səy göstərməzdi. Ermənilər hər zaman sülh prosesini ləngitmək üçün və bölgədə yeni toqquşmalar yaratmaq üçün hər cür səyləri göstərirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB