Regionda nəqliyyat- kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaranıb ŞƏRH

Regionda nəqliyyat- kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaranıb ŞƏRH

Azərbaycan bir dövlət olaraq müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir dönəmdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldi və dövlətimizi üzləşdiyi bəlalardan xilas edə bildi. Daxili məsələlərin həlli ilə yanaşı, xarici əlaqələrin qurulmasını diqqət mərkəzində saxladı. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları və ayrı-ayrı dövlətləri ilə bərabər hüquqlu, qarşılıqlı maraqlara hörmətlə yanaşılan prinsiplərə uyğun münasibətlər quruldu. Hər yerdə hər zaman Azərbaycanın dövlət maraqları hər şeydən üstün tutuldu və tam müstəqil siyasətin aparılması prioriet məsələ olaraq bütün təqib və təzyiqlərə rəğmən aparıldı.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən ilbəil möhkəmləndirilərək və genişləndirilərək davam etdirildi. Aparılmış uğurlu və qətiyyətli siyasət sayəsində güclü iqtisadiyyata və qüdrətli orduya sahib, Qafqazın lider dövləti statusunda, sözün həqiqi mənasında hər kəsin hesablaşdığı və qəbul etdiyi müasir, müstəqil Azərbaycan quruldu.

Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bütün sahələr daima diqqət mərkəzində saxlanılaraq hər tərəfli inkişafa nail olunmuşdur. Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə edərək güclü ordu qurulmuş, irimiqyaslı yerli və beynəlxalq səviyyəli layihələr icra edilmiş, loqistik mərkəzlər yaradılmış, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat maşrutları tikilib, istifadəyə verilmişdir. Cənab Prezident Şanxay Əməkdaşlıq Təşkilatlarındakı çıxışında Azərbaycanın mövcud imkanları haqqında məlumat verərkən bildirmişdir ki, Azərbaycan Şərq-Qərb və Şimal – Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artıra bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.

Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bu günkü 7-dən 9-a çatdırılacaq.

2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Cənab Prezident İlham Əliyevin çıxışından da görünür ki, infrastruktur layihələrinin və kommunikasiya sistemlərinin, nəqliyyat – loqistika şəbəkəsinin genişləndirilməsi bu gün də davam etdirilir. Yeni layihələr dövlətimiz üçün əlavə gəlir mənbəyidir.

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə