Xerson, Donetsk və Luqansk Rusiyaya birləşmək üçün referenduma gedir

Xerson, Donetsk və Luqansk Rusiyaya birləşmək üçün referenduma gedir

Ukraynanın şərqində rusiyayönlü separatçıların nəzarətində olan qondarma Donetsk və Luqansk Xalq Respublikalarında Rusiyanın tərkibinə daxil olmaq üçün sentyabrın 23-27-də referendumun keçirilməsinə qərar verildiyi bildirilib. SİA xəbər verir ki, ölkənin hər iki administrasiyasının Donbasdakı qondarma xalq şuraları tərəfindən verilən bəyanatda hər iki bölgənin Rusiya Federasiyasına qoşulması üçün sentyabrın 23-dən 27-dək referendum keçiriləcəyi bildirilib. Zaporojye vilayətində qondarma administrasiya bölgənin Rusiyaya birləşməsi üçün yaxın vaxtlarda referendum keçirilə biləcəyini açıqlayıb. "Xüsusi hərbi əməliyyatın əvvəlindən və ondan əvvəl biz deyirdik ki, xalqlar öz taleyini həll etməlidirlər və indiki vəziyyət təsdiqləyir ki, bu xalqlar öz taleyinin sahibi olmaq istəyirlər", - deyə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Ukrayna xarici işlər naziri Dmitro Kuleba separatçı administrasiyaların Rusiyaya birləşmək üçün referendum keçirmək qərarına “Saxta referendumlar heç nəyi dəyişməyəcək” deyə reaksiya verib və xəbərdarlıq edib. Rusiyanın ölkəsinin ərazisini işğal edən bir dövlət olduğunu bildirən Kuleba, "Saxta referendumlar heç nəyi dəyişməyəcək. Heç bir hibrid səfərbərlik olmayacaq. Rusiya Ukrayna ərazisinin bəzi hissələrini qanunsuz işğal edən təcavüzkar olub və olmaqda davam edir. Onları azad etmək hüququ var və Rusiya nə desə də, azad etməyə davam edəcək” ifadələrindən istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə