Estoniya Ukrayna ərazisində keçirilən "referendum"un nəticələrini heç vaxt tanımayacaq. SİA xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaja Kallas öz "tvitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, "referendum"ların əks effekti olacaq.
“Bu cür hərəkətlər əks nəticə verəcək və Ukraynaya dəstəyimizi artıracaq. Daha çox hərbi yardım, daha çox sanksiyalar”, - Kallas bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB