Ərdoğan BMT Baş Assambleyasının iştirakçılarına müraciət edib

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyenin münaqişələrin tam mərkəzində olan ölkə olaraq problemlərin yaranmasının deyil, həllinin bir parçası olduqlarını bildirib.
Ərdoğan BMT Baş Assambleyasının iştirakçılarına müraciət edib

"Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi ilə Cənubi Qafqazda davamlı sülh və sabitliyin təminatı üçün tarixi fürsət pəncərəsi açılıb".

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında (BMT) çıxışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Türkiye Azərbaycanla Ermənistan arasında davam edən normallaşma proseslərini dəstəkləyərək bu fürsətin dəyərləndirilməsi üçün çox önəmli addımlar atıb.

“Son günlərdə yaşanan gərginlik bu gözəl mühitə kölgə salmış olsa da, iki ölkə arasında ən qısa zamanda hərtərəfli bir sülh sazişinin imzalanmasının mümkün olduğuna inanırıq. Azərbaycanlı qardaşlarımızın haqlarını və gələcəklərinin inşası mövzusunda verdikləri mübarizədə daima yanlarında olmağa davam edəcəyik”, - deyə o bildirib.

Ərdoğan bölgədəki nəqliyyat kommunikasiyaların ən qısa zamanda açılmasının hər kəsin rifahına qatqı olacağını vurğulayıb.

Liderlərə xitabən “Ortaq taleyimizə təsir edən problemlərə qarşı ortaq bir gündəmlə hərəkətə keçməli olduğumuz bir dövrdəyik” deyən Ərdoğan BMT-nin yenidən qurulmasının daha ədalətli bir dünya üçün vacib olduğunu qeyd edib.

Türkiyənin terror təşkilatlarına qarşı lazım olanı heç vaxt dayandırmayacağını vurğulayan Ərdoğan “Bir daha bildirirəm ki, biz terrora qarşı hər cür tədbir görməyə qadirik" deyib.

İraqda mövcud şərtləri istismar edən terror təşkilatlarının Türkiyeni hədəf alan hərəkətlərinə imkan vermədiyini vurğulayan dövlət başçısı “Terrorla mübarizədə müttəfiqlərindən həmrəylik gözləmək Türkiyenin ən təbii haqqıdır" deyib.

Yunanıstanın mühacirlərə qarşı zülmünün artdığını dilə gətirən prezident Ərdoğan bu ölkənin mühacirləri qanunsuz və ehtiyatsız şəkildə öz ərazilərindən çıxarması ilə Egey dənizini qaçqın məzarlığına çevirdiyini söyləyib.

Dövlət başçısı iştirakçılara foto şəkilləri göstərərək, “Keçən həftə 9 aylıq körpə Asim, 4 yaşlı Abdulvaham və ailəsi Yunanıstan sahil mühafizəçilərinin qayıqlarını batırması nəticəsində həlak oldular” deyib.

Afina rəhbərliyini gərginlik və təxribat siyasətini bir kənara qoymağa, Türkiyenin əməkdaşlıq çağırışlarına qulaq asmağa dəvət edən Ərdoğan Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin rəsmi şəkildə tanınmasının vacibliyinə də işarə edib.

Prezident Ərdoğan İsrail-Fələstin məsələsində iki dövlət prinsipinə güclü dəstək verdiklərini əlavə edib.

“Bölgədəki problemin həll olunması və hərtərəfli sülhə nail olmaq üçün paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasından başqa bir yol yoxdur”, - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə