"Macarıstanla münasibətimiz hər zaman yüksək səviyyədə olub" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Macarıstanla münasibətimiz hər zaman yüksək səviyyədə olub" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Macarıstanla münasibətimiz tarixən və hər zaman yüksək səviyyədə olub. Həmçinin, SSR ilə Macarıstan əlaqələri də yaxşı olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, müstəqillikdən sonra da Macarıstanla münasibətlər yüksələn trayektoriya ilə qurulub: "Bu, iki xalq və hakimiyyət arasındakı münasibətə arxalanır. İqtisadi, siyasi, mədəniyyət və idman əlaqələrinin cəmi cəhətdən də inkişafdayık. Bunu Macarıstan səfiri də öz çıxışında qeyd etdi".

Deputat sözlərinə belə davam edib: "Bizim həm ikitərəfli, həm də Avropa Birliyi kimi münasibətlərimiz var. Hər iki tərəf də münasibətləri inkişaf etdirmək üçün çalışır.

Bu günləri Azərbaycan Avropa üçün böyük maraq kəsb edir. Çünki biz 16 milyard kuba qədər qaz ixrac edirik. Onun bir hissəsi Türkiyəyə, qalanı isə Avropa ölkələrinə gedir.

Macar xalqının kökündə elə bir hislər dayanır ki, onlar qeyd edirlər ki, "Biz sərkərdə Atillanın nəticələriyik". Daha doğrusu, "Biz Atillanın törəməsiyik" deyirlər. Müsəlman olmasalar da, macarların mətbəxi və mədəniyyəti də bizə çox uyğundur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə