Azərbaycan Cənubi Qafqazın lider dövlətidir - MÜNASİBƏT

Azərbaycan Cənubi Qafqazın lider dövlətidir - MÜNASİBƏT

1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində olduqca böyük məşəqqətlər yaşamış, daxili və xarici siyasətdə buraxılmış səhvlər, daxili çəkişmələr ucbatından erməni daşnaklarının təcavüzünə məruz qalaraq torpağının 20%-dən dən çox hissəsini itirmiş, 1 milyona kimi qaçqın və köçkünlərin problemləri ilə baş-başa qalmışdır. Azərbaycanın üzləşdiyi təcavüzə dünya birliyi göz yummuş, sadəcə qərar və qətnamələr verməklə kifayətlənməli olmuşlar. Qarabağ probleminin həlli ilə məşğul olmaq üçün ATƏT-in Minsk qrupu yaradılmış, BMT çərçivəsində 4 qətnamə qəbul edilməsinə baxmayaraq Azərbaycan torpaqları 30 ildən çox müddətdə işğal altında qalsa da ABŞ, Rusiya Federasiyası, özünü İslam dövləti adalandıran İran İslam Respublikası görməməzlikdən gələrək heç bir əməli addım atmamışdır. Hətta iş o yerə gəlib çatmışdır ki, Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deyərək Azərbaycan xalqının heysiyyatını tapdalamağa belə yol vermişdir. Məlum məsələ idi ki, Azərbaycan xalqı bu işğalla barışmaq fikrində deyildi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 27 sentyabr 2020-ci ildə Antirerror əməliyyatına verdiyi əmri bütün Azərbaycan ayaq üstə alqışla qarşıladı. 44 günlük müharibədə Azərbaycan oğulları, şanlı və müzəffər Ordumuz düşmənin belini qıraraq, onu çökdürmüş işğal oluna ərazimizin 80% ini qaytarmağa nail olmaqla Azərbaycan xalqına Zəfər hisslərini yaşamaq kimi hissləri bəxş etmişdir.

2022- ci il 10 noyabr tarixində Nikol Paşinyan kapitulasiya aktına qol çəkməsinə baxmayaraq, mənfur erməni xislətindən əl çəkməmiş, dəfələrlə atəşkəs pozulmuş, şəhidlər verməyə məcbur qalmışıq. Amma bütün bunlara baxmayaraq qalib Prezidentimiz həmişə sülh tərəfdarı olmuş, qarşı tərəfi hər zaman sülhə dəvət etmişdir.

Ali Baş Komandan xarici siyasətdə həmişə liderlik mövqeyini qorumaqla Azərbaycanın haqq savaşını, dünya birliyinin birtərəfli mövqeyini diqqət mərkəzinə çatdırmışdır.

Cənubi Qafqazda həmişəlik sülhə, dinc asayişə qovuşması üçün durmadan mübarizə aparan İlham Əliyev istər Qoşulmama Hərəkatının iclaslarında, istər Avropa İttifaqının sədri Şarl Mişel ilə görüşdə, istərsə digər beynəlxalq forumlarda Cənubi Qafqazın dirçəlməsi üçün özünün yol xəritəsini təqdim etmiş, Naxçıvanın bolkadan azad edilməsi, Şərqi və Qərbi Zəngəzuru birləşdirəcək dəmiryolu layihəsini, Zəngəzur dəhlizinin vacibliyini dönə-dönə vurğulamışdır.

2001-ci ildə yaradılmış beynəlxalq təşkilat olan Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkisatnın Səmərqənd şəhərində keçirilən 22-ci toplantısında Azərbaycan Prezidenti ilə yanaşı RF-nın Prezidenti V.Putin, Çin dövlət başçısı Si Cinpin, Qazaxıstan prezidenti Kasım Cömert Tokayev, Qırğızıstan prezidenti Sadir Japarov, Tacikistan prezidenti İmaməli Rəhman, Pakistanın baş Naziri Şahbaz Şərif, Hindistan baş naziri Narendra Modi, müşahidəçi ölkələrdən Belarus prezidenti Aleksandr Lukaşenko, Monqolustan prezidenti Uxnaa Xurelsux, İran prezidenti İbrahim Rəisi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov iştirak edirdilər.

Həmin forumda Azərbaycan Republikasının Prezidenti İlham Əliyev geniş miqyaslı çıxış edərək liderlərin diqqətini Qarabağ ərazisinin işğaldan sonrakı dirçəliş işlərinə, Zəngəzur dəhlizinin açılmasının vacibliyinə yönəltmişdir. Belə ki, O, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf etdirilməsini, Azərbaycanın 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malik olmasını, və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə biməsini, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilməsini, Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malik olduğunu, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdığını, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edilməsini diqqətə çatdırdı.

Cari ilin 13 sentyabr tarixində Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdiyini məruzəsində cəsarətlə qeyd etmişdir. Bundan başqa Prezident İlham Əliyev bildirmişdir ki, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib.

Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir.

Qalib ölkənin qalib sərkərdəsi, Lider siyasətçi İlham Əliyevin fikirləri forum iştirakçıların məmnunluqla, bəzən də qısqanclıqla qəbul edilməsini xüsusi ilə qeyd etmək lazımdır.

Sonda birdaha əminliklə qeyd etmək istərdim ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti məhz Azərbaycanın Cənubi Qafqazda söz sahibi olmasına, Lider dövlətə çevrilməsinə səbəb olmuşdur.

Azərbaycan xalqı azərbaycanın bu mövqeyini dəstəkləyir, hər zaman Dövlətinin, onun rəhbərinin yanında olduğunu məmnunluqla dilə gətirir.

Əliheydər Babayev

Xəzər rayonu, 117№-li tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə