Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov, Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri və yaxınları, Yasamal rayon ictimaiyyəti tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Salahov Elvin Sabir oğlunun doğum günü münasibəti ilə məzarı ziyarət olunub.Sonra şəhidin doğum günü münasibətilə ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamına əsasən, şəhid Salahov Elvin Sabir oğlu ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB