"Azərbaycan bütün beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi tanınır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan bütün beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi tanınır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bu, bir həqiqətdir ki, Azərbaycan bütün beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi tanınır. Müxtəlif kürsü və tədbirlərdə möhtərəm cənab Prezidentimizin səsləndirdiyi “….bizim sözümüz imzamız qədər etibarlı, keçərlidir…” fikirləri ölkəmizə, eləcə də dövlətimizin başçısına olan etibarı, etimadı və nüfuzu ildən-ilə daha da artırır". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, təkcə onu demək kifayətdir ki, ümumiyyətlə, Ulu Öndərimizin vaxtından bu günədək dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycana beynəlxalq məkanda hər zaman əməkdaşlıq üçün önəmli tərəfdaş kimi baxılıb: "Xüsusilə də dövlətimizin enerji və nəqliyyat-loqistika sahəsində geniş və uzaq məsafədə gerçəkləşdirdiyi layihələr bütün vektorlarda strateji əhəmiyyətli ölkəyə çevirib.

Möhtərəm Prezidentimizin rəhbərliyi ilə çox uzaqgörənliklə həyata keçirdiyi layihələr buna sübutdur. 90-ci illərdə Bakı-Tiflis-Qars dəmir yolu layihəsi haqqında Azərbaycan tərəfindən ABŞ və bir sıra superdövlətlərdə və beynəlxalq təşkilatlarda irəli sürüləndə rəsmi Pekinin “Bir Kəmər, Bir Qovşaq” layihəsi haqda beynəlxalq məkanda ciddi məlumat yox idi. Bu mənada heç qeyd şərtsiz deməliyik ki, ötən otuz il ərzində Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirib və bugün də davam edir. Məhz ölkəmizi Şanxay Əməkdaşlıq Təşkilatında diqqətçəkən və əhəmiyyətli edən səbəblər də bunlardır. Sözsüz ki, müasir çağırışlara cavab verən çoxşaxəli enerji layihələrinin də böyük əhəmiyyəti var".

Deputat sözlərinə belə davam edib: "Bütövlükdə bu bir reallıqdır ki, qeyd etdiyim məsələlər beynəlxalq münasibətlərin strateji əhəmiyyətinə dəlalət edir. Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli formatda ŞƏT təşkilatına üzv ölkələrlə geniş və çox səmərəli münasibətləri mövcuddur. Məhz bu səbəbdən də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin əlaqələri getdikcə daha da gücləndirir. Bugünlərdə daha doğrusu sentyabrın 15 və 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən təşkilatın sammitinə Prezident İlham Əliyevin dəvət olunması da ölkəmizin və dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir.

Mətbuatdan da izlədiyimiz kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyev sammit çərçivəsində həm də bir sıra ölkələrin dövlət başçıları ilə ikitərəfli və çox səmərəli görüşlər keçirilibdir. Sözsüz ki, yaranmış bu imkanlarda keçirilən ikitərəfli görüşlərdə bir daha əlaqələrin inkişafı və regional məsələlər müzakirə olunub.

Qürurla qeyd etməliyik ki, Sammitdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dərin məzmunlu çıxışının hər bir cümləsi mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolunu ifadə edirdi. Dünya əhalisinin yarıdan çoxunun və super dövlətlərin iştirak etdiyi bu Sammitdə möhtərəm Prezidentimizin çıxışı və bu çıxışda səsləndirilmiş mesajlar və vurğulanan strateji istiqamətlər ciddi diqqət və maraq doğurmaya bilməzdi. Belə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev mükəmməl çıxışı ilə çox önəmli mesajları günün nəbzi ilə döyünən fikirlər idi. Möhtərəm Prezidentimizin çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişafı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri nümunəsində dinamik inkişafı və regional kommunikasiya layihələrinə verilmiş əvəzedilməz töhfə olduğunu qeyd etdi. O bildirdi ki, Azərbaycanda tarixi ənənəyə və təcrübəyə əsaslanmış və hər cür gəmilərin istehsal edildiyi gəmiqayırma sənayesinin inkişafı ŞƏT-na üzv ölkələrini daha çox maraqlandıran məsələlərdir. Əlbəttə Bakı Beynəlxalq Dəniz Ticarət Limanın qısa müddət ərzində yükaşırma qabiliyyətinin genişlənmə potensialının getdikcə artması ölkəmizin nəqliyyat-loqistika sahəsinə, eləcə də ŞƏT üzv ölkələrinin iqtisadiyyatı üçün böyük dəstəkdir. Möhtərəm Prezidentimiz, çıxışında son illərdə Azərbaycanda min kilometrlərlə avtomobil yollarının, iki min kilometrə yaxın dəmir yolunun, işğaldan azad olunmuş Qarabağda həyata keçirilən meqalayihələr, möhtəşəm yol, nəqliyyat infrastrukturunun inşası və yenidənqurulması tikilib və əsaslı təmir edilməsinin beynəlxalq əməkdaşlıq üçün yeni perspektivlər adlandırdı.

Fəxrlə deməliyik ki, bu gün ərazisi böyük olmayan Azərbaycan bölgəmizin ən böyük mülki hava yük donanmalarından birinə çevrilib. Bildiyimiz kimi, hazırda ölkəmizdə 7 beynəlxalq hava limanı fəaliyyət göstərir və bir neçə il içində bunların sayı 9 olacaq. ŞƏT-nın son sammitində çıxış edən Möhtərəm Prezidentimiz çıxışında Qarabağ münaqişəsinin həllinə toxunaraq Zəngəzur dəhlizinin inşa olunmasının tarixi, siyasi və iqtisadi əhəmiyyətindən və əməkdaş ölkələrin nəqliyyat imkanlarının daha da artıracağını və bu marşrut üzrə yerləşmiş bütün ölkələrə yeni üfüqlərin açılacağını da vurğuladı. O, çıxışında Azərbaycan Ermənistan münasibətlərinin normallaşması prosesi üçün hər iki ölkənin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün Azərbaycanın təklif etdiyi beş əsas prinsipə də toxunub".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə