"Pelosi daha çox plasmas leydidir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Pelosi daha çox plasmas leydidir" - POLİTOLOQ ŞƏRH ETDİ

"ABŞ-da demokratlar hər zaman hakimiyyətdə olanda ədalətsiz addımlar atırlar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, noyabr ayında konqres seçkiləri yaxınlaşır: "Ona görə ABŞ Konqres Nümayəndələr Palatasının sədri yenə özünəməxsus addım atıb və Amerikanın guya dünyada hegemon dövlət olduğuna və təhlükəsiz modelə sahib olduğunu düşündükləri üçün nə istəsələr edə biləcəklərini düşünürlər. Amma Nensi Pelosi bir şeyi anlamalıdır ki, Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil. 44 günlük müharibədən sonra qələbə çalmış peşəkar ordusu olan bir Azərbaycandır. Onun yanında qardaş Türkiyə var. Ona görə də bir qədər təmkinli addım atmaq onların xeyrinədir.

Özünü dəmir leydi hesab edən Nensi Pelosi deyərdim ki, daha çox plasmas leydidir. Çünki o istənilən formaya düşə bilir. Böyük bir dövlət vəzifəsini icra edən bir şəxsin kiçik mənfur bir dövlətin qarşısında bu qədər acizlik göstərməsi ABŞ-a baş ucalığı gətirmir. Nensi Pelosi də İran İslam Respublikasının prezidenti Rəisi kimi eyni düşünür. Azərbaycanın Ermənistan sərhəddini pozduğunu iddia edirlər. Əgər pozsa idi KTMT bunu qeyd edərdi. Onlar açıq şəkildə qeyd ediblər ki, burada sərhəd müəyyənləşdirilmədiyinə görə, hər hansı bir sərhəd pozğunluğu olmayıb. Ermənistan hay-küy salır ki, uzun müddət işğal altında saxladıqları əraziləri Azərbaycan geri almasın. Ermənistan elə düşünür ki, Amerikaya xidmət edir. Buna “ayı xidməti” deyilir. Yəni onlar öz aləmində guya atəşkəsi Amerikanın təmin etdiyini düşünürlər. Amma anlamırlar ki, bunların canı Rusiyanın əlindədir. Ermənistanın bütün ipləri Rusiyanıın əlindədir. Nensi Pelosi də İran Prezidenti Rəisi də öz dövlətlərininin siyasətini icra edirlər. Amma xaricdə və daxildə özünü müxalifət hesab edənləri heç cür anlaya bilmirəm. Xaricdəki müfalifətçilər Azərbaycanı təcavüzlə ittiham etdilər. Amerikanın verdiyi konspektlə çıxış edən bu adamlar düşünmürlər ki, Azərbaycan onların ata-babalarının vətənidir. Onlar öz dövlətlərinə necə xəyanət edə bilirlər. Onlar öz dövlətlərinə şər atdıqlarına görə cəzalanmalıdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə