XİN nümayəndə heyəti Nyu York şəhərinə yola düşüb

XİN nümayəndə heyəti Nyu York şəhərinə yola düşüb

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu York şəhərinə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən SİA-ya məlumata verilib.

Səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə