"Onların mövqeyi bizim üçün önəmli deyil" - SİYASİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ
"Təəssüflər olsun ki, radikal müxalifət daxili məsələlərlə yanaşı, milli məsələlərdə də fərqli mövqe tutur. Bu onu göstərir ki, onlar Azərbaycan hökumətinin apardığı siyasətə sevinmirlər. Çünki bu gün aparılan əməliyyatlar birbaşa ölkəmizin maraqlarına uyğundur". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, bu məsələdə milli həmrəylik olmalı və müxalifət də eyni mövqedən çıxış etməlidir: "Bu gün Ermənistan məğlub vəziyyətdədir. Orada müxalifətin etirazını başa düşmək olar. Lakin Azərbaycan bu gün bu istiqamətdə irəliyə gedir. Onlar nəyə görə bu məsələdə ermənipərəst mövqe tuturlar?".
Vüqar Əhmədov sözlərinə belə davam edib: "Buradan da göründüyü kimi bunların məqsədi heç də torpaqların azad olunması istiqamətində deyil. Onlara bu lazım deyil. Burada siyasi mövqeyindən asılı olmayaraq heç bir xarici mövqelərin təsirinə düşmədən, vahid mövqedə olmaq lazımdır. Onların mövqeyi bizim üçün önəmli deyil".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB