Tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa! ŞƏRH
Fransız psixoloq Julyer iddia edir ki, ermənilərdə satqınçılıq və xəyanət simptomları sistemli şəkildə davamlı olur. Və bu gün fərsiz siyasətçinin girovuna çevrilmiş erməni xalqı doğrudan da bədbəxtdir. Doğrudan da, tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa! Sevindirici haldır ki, müzəffər Azərbaycan Ordusu azğın düşmənin legitim hədəflərini həmişə uğurla susdurub. Artıq həmin torpaqlarda Azərbaycanın üçrəngli Dövlət Bayrağı dalğalanır. Artıq Prezident, Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş rayonlarına səfər zamanı orada Azərbaycan bayrağını ucaldıb.
Aqillərin dediyi belə bir fikir var: «Üzük qaşı ilə tanınar». Bəli, böyük hikmət, məna var bu sözdə. Həqiqətən də, xalq, millət, dövlət özünün layiq olduğu rəhbəri ilə, lideri ilə tanınır. Belə bir xoşbəxtliyi Ulu Tanrı Azərbaycan xalqına da bəxş edib. Dünya miqyasında öz xüsusi çəkisi, yeri olan Azərbaycan Prezidenti İlham Əliyev xalqını dünyaya tanıdan, özü də yeni bir tarix yazan liderlərdən, sərkərdələrdəndir!
Son 30 il ərzində erməni faşistlərinin doğma torpaqlarımızda həyata keçirdiyi vəhşiliklər isə heç bir çərçivəyə, əndazəyə sığmır. Onlara xalqımız tərəfindən tutarlı, həlledici zərbə vurulmasının vaxtı gəlirdi...Bu vaxt isə özünü çox gözlətmədi...
Bəli, 27 sentyabr 2020-ci il tarixindən bu gün kimi Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını alaraq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlayaraq İkinci Vətən Müharibəsinin 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Şuşa, qəsəbələr, kəndlər, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Beləliklə, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanatı isə Azərbaycan xalqının qələbəsi idi. Ali Baş Komandanımızın dediyi kimi: «Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır». 10 noyabr, 2020-ci il tarixli bəyanat - Azərbaycanın Qarabağa qovuşduğu, tarixi zəfərə imza atdığı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldığı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdiyi tarixi gündür.
30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi
Bəli, həqiqətən də Müzəffər Ordumuzun Sərkərdəsi İlham Əliyevin dediyi kimi: «30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar»,-deyən Müzəffər Ordumuzun Sərkərdəsinin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində 30 ilin həsrətinə son qoydu, avantürist Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı».
2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistanın rəhbərliyi ilə imzalanan Bəyanat Ermənistanın məğlubiyyətini bir daha göstərdi. Bəli, bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Azərbaycan Prezidentinin dediyi kimi: “İlk mərhələdə 3 ölkənin başçısı bu videokonfrans vasitəsilə bəyanatı imzalamalı idilər. Ancaq son anda Ermənistan baş naziri bundan imtina edib. Bu, müəyyən dərəcədə başadüşüləndir. Çünki faktiki olaraq bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir”.
Artıq ikili standartlar və anti-Azərbaycan mövqeyi Ermənistanı xilas edə bilməz
Belə biyabırçılıqdan sonra erməni tərəfinin Azərbaycan-Ermənistan sərhədində təxribatlar törətməsi onların acizliyinin əyani sübutudur. Belə ki, Daşkəsən, Kəlbəcər, Laçın istiqamətində erməni hərbçilərin özbaşınalığı, xüsusilə sentyabrın 12-də erməni diversiya qruplarının Azərbaycan dövlət sərhədini pozaraq təxribatlar törətməsi Azərbaycan tərəfinin səbrini daşırdı. Müzəffər Ali Baş Komandanın "Düşmən sülhə gəlməzsə, "Dəmir yumruq" yerindədir" xəbərdarlığından dərs almayan işğalçı erməni ordusu bu dəfə də qəhrəman Azərbaycan əsgərinin gücünə şahid oldu. Belə ki, Azərbaycan Ordusu hər dəfə olduğu kimi bu dəfə də Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirdi. Ermənistanın hərbi nöqtələri, şəxsi heyətlə birlikdə məhv edildi. Silahlı Qüvvələrimiz ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü. Keçirilən əməliyyat miqyasına görə kiçikdir, lokal xarakter daşıyır və hədəflərə nail olundu. Bax, budur «Dəmir yumruğ»un və Güclü Azərbaycan Ordusunun gücü, qüdrəti. Azərbaycan torpaqlarına, Azərbaycan əsgərinə qarşı edilən hər bir hərəkət layiqli cavabını alacaq. Və işğalçı və təcavüzkar Ermənistan bilməlidirlər ki, ölkəmizə qarşı istənilən təxribat ağır cəzalandırılacaq. Və artıq ikili standartlar və anti-Azərbaycan mövqeyi Ermənistanı xilas edə bilməz. Ermənilər üçün ən yaxşı çıxış yolu bütün hərbi-siyasi təxribatlara son qoyaraq Azərbaycanla sülhə gəlməkdir. Azərbaycan Prezidenti dövlətimizin sülh mesajlarını və bunu qəbul etməyənlərə cavab gücünü açıq ifadə edib. Qarşı tərəf üçün seçim hələ də gec deyil. Çünki bütün təxribatların cavabını verməyə həmişə hazırıq, «Dəmir yumruq» yerindədir!. Çünki Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz sülhə hazır olduğumuz kimi, düşmənin də nə qədər hiyləgər, nə qədər təhlükəli və nə qədər məkrli olduğunu çox gözəl bilirik: erməni əsgəri və zabiti ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından və bizim ərazilərimizə əsla boylanmasın. Çünki Güclü Azərbaycan ordusunun igid əsgər və zabitləri 44 gün davam edər İkinci Vətən Müharibəsində onlara layiqli dərs verildi. Və bu gün də bölgədə gərginlik, sülh müqaviləsinə doğru danışıqları sıfırlamaq siyasəti Ermənistana baha başa gələ bilər. Çünki Azərbaycanın güclü ordusu var və rəşadətli Silahlı Qüvvələrimiz düşmənin bütün təxribatlarına cavab verməyə hazırdır və qadirdir.
ZƏRİFƏ QULİYEVA,
“Modern ailə və inkişaf” İctimai Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB