"Radikal müxalifət hər zaman ölkənin taleyüklü məsələlərində hər zaman xarici havadarlarına güvəniblər. Təəssüflər olsun ki, ümummilli məsələlərdə, dövlətçiliklə bağlı bir çox proseslərdə biz onların vətən, dövlət, millət əleyhinə fəaliyyətlərinə şahid olmuşuq". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycanın bu gün regionda önəmli bir gücə çevrilməsi, inkişaf etməyi ölkəmizin 44 günlük vətən müharibəsində qazandığı qələbədən sonra əsas geosiyasi aktorlardan birinə çevrilməsi beynəlxalq gücləri ciddi şəkildə narahat edir: "Onlarda radikal müxalifətdən istifadə etməyə çalışırlar. Ona görə də radikal müxalifətin güvəndiyi xarici dairələr var ki, bunlar həm anti-Azərbaycan, həm də anti-Türkiyə mövqeyindədirlər. Hesab edirəm ki, bu dairələr müxtəlif dövrlərdə Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq istəyirlər. Bunun üçündə radikal müxalifət nümayəndələrindən istifadə etməyə çalışırlar. Hansı ki, onların bir qismi bu gün xaricdən siyasi fəaliyyət adı altında böyük bir çirkab və dezinformasiya ixracı ilə məşğuldular. Digər qrup isə ölkə daxilində müxtəlif partiyalar kimliyi altında fəaliyyət göstərdiklərini iddia edirdilər. Bütövlükdə mən hesab edirəm ki, radikal müxalifət nümayəndələrinin bu gün Azərbaycan xalqının yanında heç bir təsir imkanları yoxdur. Azərbaycan xalqı 44 günlük vətən müharibəsində olduğu kimi, indiki həssas dövrlərdə də birmənalı şəkildə öz ali baş komandanın və dövlətin ətrafında birləşib. Xalqımız o qədər ayıq-sayıqdır ki, bu tip qüvvələrin haradan dəstək aldığını da çox yaxşı bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB