"Müxalifətçilik xalqa, dövlətə, hakimiyyətə düşmənçilik etmək deyil" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycanin radikal müxalifət düşərgəsinin təmsilçilərinin bir bədbəxtçiliyi var. Bunlar hələ də anlamırlar ki, müxalifətçilik xalqa, dövlətə, hakimiyyətə düşmənçilik etmək deyil. Müxalifətçilik hansısa çatışmazlıqları görüb, onların aradan qaldırılması üçün ağıllı təkliflərlə çıxış etməkdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Azərbaycanın bu sarıdan bəxti heç gətirməyib: “Acı reallıq da olsa bunu deməliyik. Bu gün radikal müxalifətin Azərbaycana yanaşması Ermənistanın ölkəmizə yanaşmasından heç nə ilə fərqlənmir. Onlar da Azərbaycanın qələbəsini həzm edə bilmir, radikal düşərgə də. Onlar da Ordumuzu, ordu rəhbərliyini, hökuməti qara yalan və dezinformasiyalarla hədəfə alır, radikal müxalifət də. Nəhayət onlar da Azərbaycanın dünyada təklənməsi üçün hər yola baş vurur, radikal müxalifət də. 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan dövlətinin və xalqını yanında olmayan radikal düşərgə bununla kimə, hansı qüvvələrə xidmət etdiyini bir daha ortaya qoydu. Düzdür müharibə başa çatan günlərdə bu düşərgənin təmsilçiləri sanki qələbəmizə görə sevinirlərmiş kimi təəssurat yaratmağa çalışdılar. Lakin bu yanaşmanın da ömrü çox olmadı. Radikal düşərgə bu dəfə də öz xislətinə sadiq qalaraq guya torpaqlarımızın hamısnın işğaldan azad edilməyəcəyi barədə yalanlar tirajlamağa başladı”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, radikalların “erməni dəyirmanına su tökmək üçün” hər zaman hazır olduqlarını bu günlər bir daha bütün xalqımız gördü: “Düşmən növbəti dəfə hərbi təxribat edib, övladlarımız şəhid olub. Azərbaycan dövləti də haqlı olaraq buna on misli qədər cavab verib. Düşmənin xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistanda yüzlərlə yaralı var. Ermənistan və onun xaricdəki havadarları Azərbaycanın bu qətiyyətli addımından bərk qəzəbləniblər. Amma görünən odur ki, bundan qəzəblənən təkcə onlar deyil, həm də Azəfrbaycanın radikal düşərgə təmsilçiləri – Əli Kərimli, Altay Göyüşov, Qənimət Zahid, Qubad İbadoğlu, Arif Hacılı kimilərdir. Yazdıqları statuslarla düşməndən artıq düşmən mövqe sərgiləyən belələri Azərbaycana bütün cəbhələrdə ziyan vurmaq üçün dəridəınn-qabıqdan çıxırlar. Görün bunlar milli hisslərini nə qədər itiriblər ki, Azərbaycanın guya Ermənistan torpaqlaırna girdiyini iddia edirlər. Yaxud da bu düşərgədən bəziləri lazımsız, yersiz tələblər irəli sürürlər. Məqsəd də bəllidir. Dünya düzənində qətiyyətli mövqe sərgiləyən Azərbaycan dövlətini və hakimiyyətinin başını daxili məsələlərlə qatmaq, ermənilərin dünya düzənində bizi hədəfə alan dezinformasiya siyasətinin yayılmasına dəstək olmaq. Amma bütün bu cəhdlər əbəsdir. Bir ovuc xalqına və dövlətinə asi kəsilmiş raqdikallardan fərqli olaraq Azərbaycan xalqı öz dövlətinin, öz ordusunun və prezidentinin arxasındadır. Necə ki, Azərbaycan dövləti də hər zaman olduğu kimi bu gün də şəhid ailələrinin və qazilərin yanındadır”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB