Kraliça Elizabetanın dəfn mərasiminə 3 ölkə dəvət edilməyib

Kraliça Elizabetanın dəfn mərasiminə 3 ölkə dəvət edilməyib

İngiltərə kraliçası II Elizabeta sentyabrın 8-də Şotlandiyanın Aberdinşir bölgəsindəki Balmoral qəsrində vəfat edib. SİA xəbər verir ki, kraliça Elizabetanın ölümündən sonra yeni kral onun oğlu Çarlz III olub. Kraliçanın dəfn mərasimi üçün böyük bir tədbir planlaşdırılırdı. 96 yaşında dünyasını dəyişən İngiltərə kraliçasının dəfn mərasiminə dünyanın hər yerindən 500-ə yaxın yüksək vəzifəli məmurun qatılacağı gözlənilir. ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Castin Trüdo və Yeni Zelandiyanın baş naziri Casinda Ardern dəfn mərasimində iştirak edəcəklərini açıqlayan ilk dünya liderləri olub.

Rusiya, Belarus və Myanma kraliçanın dəfn mərasiminə dəvət olunmayıb, İran isə səfir səviyyəsində dəvət olunub. Putinin Kraliça Elizabetanın dəfnində iştirak edib-etməyəcəyi ilə bağlı cavab bu yaxınlarda Kremldən gəlib. Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Putinin kraliçanın dəfnində iştirak edib-etməyəcəyi ilə bağlı verdiyi açıqlamada, "Putinin kraliçanın dəfn mərasimində iştirakı gözlənilmir, baxmayaraq ki, ruslar ona müdrikliyinə görə hörmət edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə