“Prezidenti təhqir etmək” maddəsi ilə iş üzrə istintaq başladılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotosundan istifadə edərək pul sayma videosunu çəkərək sosial şəbəkələrdə yayımlayan şəxslərlə bağlı istintaq başladıldığı açıqlanıb. SİA xəbər verir ki, İstanbul Baş Prokurorluğu "tvitter"də Ərdoğana qarşı təhqiramiz ifadələrin yer aldığı video paylaşımlara görə tədbir görüb. “Prezidenti təhqir etmək” maddəsi ilə araşdırmaya başlayan Baş Prokurorluq videoları çəkən və ya yayımlayan şübhəlilərin müəyyən edilərək tutulması üçün polisə göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB