İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlüyünə dair anlaşma memorandumu imzalanıb. SİA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib. Onun sözlərində “Biz bundan sonra müxtəlif iqtisadi, ticarət, tranzit və enerji əməkdaşlıqlarında yeni mərhələyə qədəm qoyduq" fikirləri yer alıb.
Türkiyənin “dialoq tərəfdaşı” olduğu ŞƏT ilk dəfə 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndələrinin Çinin Şanxay şəhərində bir araya gələrək “Şanxay beşliyi” olaraq yaradılıb və “Hərbi etimadın dərinləşdirilməsi haqqında” saziş imzalanıb. 2001-ci ildə Özbəkistanın iştirakı ilə Şanxay beşliyinin üzvlərinin sayı 6-ya çatıb və Şanxay Əməkdaşlıq Təşkilatının adı dəyişdirilib. Pakistan və Hindistan sonradan təşkilata tamhüquqlu üzv kimi qəbul edilib. 2005-ci ildə müşahidəçi üzv kimi ŞƏT-ə daxil olan İranın tamhüquqlu üzvlük prosesinə 2021-ci ilin sentyabrında start verilib.
Sentyabrın 15-16-da Səmərqənddə Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin ev sahibliyi ilə ŞƏT Dövlət Başçıları Şurasının Zirvə Toplantısı keçiriləcək. Zirvə toplantısında prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, dəvət olunan ölkələrin dövlət başçıları ilə yanaşı, ŞƏT-ə üzv və müşahidəçi ölkələrin dövlət başçıları da iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB