Yaxud, cəbhəkrat “əzabkeşlərin” erməni “məzlumkeşlərindən” heç bir fərqləri yoxdur!
Sentyabrın 12-dən 13-ə keçən gecədən etibarən cəbhənin Ermənistan və Azərbaycan arasında delimitasiya və demarkasiya olunmamış sərhəd ərazilərində baş vermiş erməni təxribatının qarşısı Azərbaycan Ordusunun əsgər və zabitləri, sərhədçiləri və s. birləşmələri tərəfindən qətiyyətlə alındı. O cümlədən, Azərbaycan oğullarının Vətən və dövlətin bütövlüyü uğrunda göstərdikləri şücaətləri bir daha sübut etdi ki, heç bir ölüm-itim qorxusu, heç bir həyati təhlükə bu oğulların gözlərini əsla qorxutmur. Müharibə isə itkisiz olmur və torpaqlarımız uğrunda tökülən hər bir şəhid qanının öcü, qisası artıqlaması, hətta yüz dəfələrlə artıqlaması ilə alınır, bundan sonra da alınacaq. Bu baxımdan, hər bir düşünən beyinə tam şəkildə aydındır ki, Vətən yolunda şəhidlik zirvəsinə yüksəlmək amili də var və şəhidlik şərbəti təmənnasız, minnətsiz olaraq içilir. Allah torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət eləsin, onların hər biri bizlərin övladları, bizlərin can parçalarıdırlar!
Digər tərəfdən, Ordumuzda olan ruh yüksəkliyi və düşməni öz qanında boğmaq istəyi əsla tükənmir və bu tükənməzlik özünü qarşısı alınan düşmən təxribatına qarşı aparılan hərbi əməliyyatlarda da sübut edir. O cümlədən, 44 günlük Vətən müharibəsində olduğu kimi bu gün də Ordumuz dünyanın ən aparıcı hərbi texnologiyaları, texnikaları və silah-sursatları ilə təmin edilib və bu reallıq da düşmənlə mübarizədə canlı itkilərimizin sayının dəfələrlə aşağı olmasına kifayət qədər şərait yaratmaqdadır. Lakin...
Erməni pulu ilə bəslənən, beş-on avro və dollar naminə erməni ağalarının dabanlarını yalayan bəlli siyasi şizofreniklər
Lakin təəssüf ki, nəinki indi, bütövlükdə uzun illərdir ki, düşmən erməni xislətlilərindən fərqlənmədiklərini əməli şəkildə sübut edən manqurt və marginal müxaifət yetkililəri hazırda da öz kirli, murdar və düşmən dəyirmanına su tökən idbar əməllərindən əl çəkmirlər. Hazırda sərhəd boyu qazanılan uğurlarımızdan açıq-aşkar təəssüfləndiklərini nümayiş etdirirlər. Xüsusilə, AXCP sədri Əli Kərimli və onunla eyni cinahda – “Milli Şura”da yer alan Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, Cəmil Həsənli kimi riyakarlar, habelə xarici ölkələrdə erməni pulu ilə bəslənən, beş-on avro və dollar naminə erməni ağalarının dabanlarını yalayan bəlli siyasi şizofreniklər düşmənin təxribatlarına qarşı mübarizə aparmaları yerinə düşmənə dəstəklərini bu və ya digər şəkildə nümayiş etdirirlər. Gah “matəm elan olunmalıdır” kimi ölkədə ruh düşkünlüyü yarada biləcək çağırışlar səsləndirən sözügedən yığnaq təmsilçiləri digər tərəfdən 44 günlük müharibədə kapitulyasiya aktına imza atmış Ermənistan rəhbərliyinə dolayısı ilə qahmar çıxır, gah da “bəs müharibə başa çatmışdı?” tipli iyrənc sualları ilə cəmiyyət arasında çaşqınlıq yaratmağa səy göstərirlər. Bu idbar ünsürlər hələ də anlamırlar ki, müharibə başa çatıb və bu gün başa çatmış müharibədə kapitulyant ölkə üzərinə düşən vəzifələrini yerinə yetirmədiyi üçün, eləcə də təxribatlara əl atdığı üçün cəzalandırılmaqdadır!
Əli Kərimli daşnak, Tofiq Yaqublu hnçak, Gültəkin Hacıbəyli isə dövrünün Silva Kaputikyanıdır! Digərləri isə Andranik, Njde, Amazaps...
Baxın, erməni müxalifəti açıq-aydın Ermənistan hakimiyyətini kapitulyant adlandırırlar, amma bizim sözdə “müxlifətçilər”, əməldə isə erməni qazanından dadanlar Ermənistan hakimiyyətini kapitulyant kimi görmədiklərini göstərməyə cəhd edirlər. Bu zaman elə başda Əli Kərimli olmaqla sual verilə bilər: Sən, və ya sizlər ermənisiniz yoxsa müəlman?! Məncə görünüşcə layiq olmadıqları azərbaycanlı cildindədirlər, amma daxilən ERMƏNİDİRLƏR! Misal üçün, Əli Kərimli daşnak, Tofiq Yaqublu hnçak, Gültəkin Hacıbəyli isə dövrünün Silva Kaputikyanıdır!
Digərləri isə Andranik, Njde, Amazaps və sair idbarlar toplumunun nümayəndələridirlər. Bəli, onlar guya xalqın, millətin, dövlətin “qeydinə” qaldıqlarını göstərməyə çalışsalar da əslində bu kimi yüksək artistizmlik “məharətləri” ilə erməni ağadayılarının az qala altlarına yıxılıb siyasi fahişəliklərini rəsmiləşdirirlər.
Hesab verəcəyi vaxtları elə də uzaqda deyil, hətta çox yaxındadır – növbəti Zəfərimizdən dərhal sonra!
Beləliklə, artıq bir daha hər şey öz təsdiqini növbəti dəfə tapır. Vətən müharibəsində siyasi partiyaların birgə dəstək bəyanatlarına imza atmayan həmin bu Əli Kərimli Zəfərdən sonra qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinə də imza atmaqdan imtina etdi və əslində onda sübut etdi ki, o əsl, geçrək, real, dəyişillməz bir qanıpozuq ERMƏNİDİR və bundan əsla təəccüblənməyə dəyməz.
Söz yox ki, əgər kimlər ki, bu kimi riyakarın yanında yer alırsa, onların da Əli Kərimlidən heç bir fərqedici xüsusiyyətləri yoxdur. Və əlbəttə ki, bu gün Azərbaycan dövlətinin və xalqının belə yığnağın nə dediklərinin, nə danışdıqlarının əhəmiyyəti də mövcud deyil. Sadəcə, bizlər bilməliyik ki, xarici düşmənlərimizə xidmət edən, nökərçilik göstərən daxili düşmənlərimiz də var və hər şey yoluna qoyulduqdan sonra onların da hesab verəcəyi vaxtları elə də uzaqda deyil, hətta çox yaxındadır – növbəti Zəfərimizdən dərhal sonra!
Rövşən RƏSULOV
P.S. Hələlik isə qoy istədikləri qədər erməniçiliklərini davam etdirsinlər, görək haraya qədər davam edəcəklər...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB