İndiyədək 70-dək təşkilat jurnalistlərin VIII qurultayında iştirakını təsdiqləyib

İndiyədək 70-dək təşkilat jurnalistlərin VIII qurultayında iştirakını təsdiqləyib

Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatlardan Azərbaycan jurnalistlərinin VIII qurultayında iştirak etmək üçün nümayəndələrin qəbulunu davam etdirir. İndiyədək 70-dək təşkilat qurultayda iştirakını təsdiqləyib. Onlar, eyni zamanda, Mətbuat Şurasının İdarə Heyətinə namizədlərinin adlarını da təqdim ediblər. Qurultay nümayəndələrinin və namizədlərin qəbulu prosesi 2022-ci il sentyabrın 20-də başa çatacaq. Bu barədə SİA-ya VIII qurultayın keçirilməsi üzrə Təşkilat Komitəsindən məlumat verilib.

Təşkilat Komitəsi Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin Azərbaycan jurnalistlərinin VIII qurultayının 2022-ci il sentyabr ayının 24-də keçirilməsi barədə 2022-ci il 6 sentyabr tarixli qərarını rəhbər tutaraq Mətbuat Şurasına üzv təşkilatlardan nümayəndələrin və namizədlərin adlarının təqdim edilməsini tezləşdirməyə çağırır. Bununla bağlı müvafiq təlimat https://presscouncil.az/az/news/257 linkində yer alıb. Təşkilat Komitəsi onu da bildirir ki, Mətbuat Şurasının presscouncil.az saytında “Azərbaycan jurnalistlərinin VIII qurultayı” adlı ayrıca bölmə də yaradılıb ki, orada namizədlərin və nümayəndələrin verilməsi üçün anketlər yerləşdirilib (https://presscouncil.az/az/qurultay).
Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi bir daha Mətbuat Şurasına üzv təşkilatları qurultayla bağlı prosedurları tez bir zamanda yerinə yetirməyə çağırır. Təşkilat komitəsi bildirir ki, prosesin nəzərdə tutulan vaxtda – 2022-ci il sentyabrın 20-də yekunlaşması ali məclisin keçirilməsi ilə əlaqədar digər işlərin də icrasını təmin etmək baxımından vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə