Rusiyanın çıxış yolu Cənubi Qafqazdan keçir Erməni politoloqu
Aleksandr İskandaryan: “Türkiyə-Rusiya və İran-Rusiya münasibətləri Ermənisttan və Azərbaycan arasında olan proseslərə təsirlərini göstərir”
“Ermənistanın və Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) dəvət edilmələri onunla bağlıdır ki... coğrafiya maraqları müəyyən edir”. SİA xəbər verir ki, sözügedən fikirləri news.am saytına erməni politoloqu Aleksandr İskandaryan deyib. Onun sözlərinə görə, Türkiyə-Rusiya və İran-Rusiya münasibətləri Ermənisttan və Azərbaycan arasında olan proseslərə təsirlərini göstərir. Ona görə ki, Rusiya-Qərb kommunikasiyaları dayandırılıb, siyasi məsələlərlə bağlı çətinliklər yaranıb: “Əgər Çindən danışarsaq, bu zaman Rusiyanın orada da problemləri var. Belə çıxır ki, yeganə qalan yol Cənubi Qafqazdan keçir. Rusiyadan Gürcüstana gedən yol kifayət qədər çətindir, Azərbaycan üzərindən isə logistik xarakterli problemlər var. Bütün bunlar qarşıda dayanan məsələnin qiymətini artırır. Həm də belə hesab etmək olar ki, RF-nın Qərbə başqa yolları yoxdur və bütün bunlar Rusiya üçün iqtisadiyyat cəhətdən, həm də siyasi cəhətdən böyük əhəmiyyət kəsb edir...”.
“İranın məhdud imkanları var və bu da ölkənin ATƏT-də və s. təşkilatlarda təmsil olunmaması ilə bağlıdır”
İskandaryana görə, Cənubi Qafqaza kommunikasiya xətti kimi daha böyük diqqət göstərilə bilər. Lakin Türkiyə və İran arasındakı ziddiyyətlər hər zaman mövcud olub və həmin maraqların üst-üstə düşməsini təsəvvürə gətirmək çətindir: “İran ancaq son anda Ermənistanla sərhədlərin yox olmasına razı ola bilər. Bu ciddi faktordur, lakin İranın məhdud imkanları var və bu da ölkənin ATƏT-də və s. təşkilatlarda təmsil olunmaması ilə bağlıdır”.
Erməni politoloqu İranın heç vaxt kəskinləşməyə aparacaq siyasətə əl atmayacağını bildirib və ehtimal edib ki, situasiya da bu cür qalacaq, sadəcə rəqabət mövcud olacaq.
“Ərdoğan balansı dəqiq anlayır...”
Aleksandr İskandaryan Ərdoğanın sözügedən istiqamətdə apardığı siasətə də toxunaraq bildirib ki, Türkiyə eyni zamanda bir neçə kart masalarında oyun qurub və bu oyun Yunanıstandan Ermənistana qədər olan əhatəni tutur: “Ərdoğan balansı dəqiq anlayır, ona görə də Suriyada, Qarabağda olduğu kimi İranda da bənzər hadisələrin yaşanmasını təsəvvür etmək çətindir”.
“Bizim region Rusiya ilə İran, Çinlə Avropa arasında yerləşir”
“Ermənistanla Azərbaycanın ŞƏT-in sammitinə dəvət almaları isə onunla bağlıdır ki, bizim region Rusiya ilə İran, Çinlə Avropa arasında yerləşir və bi coğrafiya maraqları müəyyən edir. Anlaşılan budur ki, yumşaq desək, ziddiyyətlər az deyil, belə ki, ŞƏT-ə eyni anda Hindistan və Pakistan, Hindistan və Çin, Pakistan və İran da daxildirlər ki, onların arasındakı ziddiyyət tavandan da yüksəklərdə dayanır”, deyə erməni eksperti bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB