Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun və YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyevin iştirakı ilə rayonun Qaradağlı kəndində qazilərlə növbəti görüş keçirilib. Qeyd edək ki, Ağdam rayonunda hər ayın ikinci həftəsinin ikinci günü ilk olaraq, mütəmadi qaydada bu məzmunlu görüşlər keçirilir. Görüşdə qazilərin qarşılaşdıqları problemlər və onların həlli mexanizmləri geniş müzakirə edilib.
Görüşdə çıxış edən Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov bu kimi görüşlərin keçirilməsi Cənab Prezident İlham Əliyevin Vətən müharibəsi iştirakçılarına olan diqqət və qayğısından irəli gəldiyini vurğulayıb. RİH başçısı qeyd edib ki, qazilərin üzləşdiyi hər hansı çətinliyin aradan qaldırılması bu gün dövlət orqanlarının qarşısında duran ən vacib məsələlərdəndir. Görüşdə, həmçinin Vətən müharibəsi qazisi, rayonun Şükürağalı kənd sakini Usubov Rail Qüdrət oğlunun doğum günü qeyd edilib.
Görüşün sonunda qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Zümrüd Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB