"Paşinyanın yalvarışlarının bir sonu olmalıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Paşinyanın yalvarışlarının bir sonu olmalıdır. Çünki, ermənilərə hər dəfə təxribat törədərək gərginlik yaratmağına imkan verə bilmərik”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Paşinyan havadarlarından dəstək alanda elə bilir ki, Azərbaycanla üz-üzə gəlib nəyəsə nail ola bilər: “Bu, Paşinyanın tamamilə yanlış yolda olduğunu göstərir. Azərbaycanın Müzəffər Ordusu gecə-gündüz sərhəddə dayanaraq ölkə ərazisinin bütövlüyünü qoruyur. Ermənistanın hərbi tör-töküktüləri təxribat törətməklə ancaq özlərini məhv etdirirlər”.
Deputat sözlərinə belə davam edib: “Azərbaycanın gözü başqasının torpağında heç vaxt olmayıb. Amma bununla yanaşı öz ərazisindən də heç kimə vermək fikrində deyil. Məhz ermənilərin son təxribatının nəticələri də onu deməyə imkan verir.
Paşinyan elə bilir ki, hər dəfə havadarlarına yalvarmaqla Azərbaycanı dayndıra biləcək. Bu heç də belə deyil. Ola bilsin ki, Azərbaycan beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək öz ərazisində təhlükəsizliyi təmin etmək üçün anti-terror əməliyyatları aparsın və Qarabağı erməni hərbi tör-töküntülərdən təmizləsin. Onda Azərbaycan heç kimin xahişinə baxmayacaq və öz haqq işini uğurla icra edəcəkdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB