"Azərbaycan-Türkiyə birliyi beynəlxalq güc mərkəzinə çevrilib" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan-Türkiyə birliyi beynəlxalq güc mərkəzinə çevrilib" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan-Türkiyə münsaibətləri soy, kök, tarix, dil, din, mədəniyyət və bir çox eyni xüsusiyyətlərlə bir-birinə bağlıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir: “Dünya üçün bir nümunədir. Son illər ərzində Prezident cənab İlham Əliyev və qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyləri ilə bu münasibətlər ən yüksək səviyyəyə çatmışdır. Zaman onu göstərir ki, Türkiyə və Azərbaycan münasibətləri dünya üçün bir nümunədir. Əlbəttə ki, bir çox sahələrdə əməkdaşlıq edən iki qardaş ölkə eyni zamanda 2021-ci ilin 15 iyun tarixində münasibətlərin ən yüksək səviyyəsi olan Şuşa bəyannaməsini imzaladılar. Vətən müharibəsində qardaş Türkiyənin prezidenti başda olmaqla bütün dövlət xadimləri tərəfindən Azərbaycana siyasi və mənəvi dəstəyin göstərilməsi, bundan sonrakı dövrlərdə də Azərbaycanın yanında olacağını bəyan etməsi də bu iki dövlət arasındakı bağların güclü olmasının göstəricisidir. Həmçinin Azərbaycan terrorla mübarizdə Türkiyəyə dəstək verməsi, meşə yanğınları zamanı dövlətimizin Türkiyəyə dəstəyi də bu nümunələrdəndir. Artıq Azərbaycan-Türkiyə birliyi beynəlxalq güc mərkəzinə çevrilib, bütün platformalarda Azərbaycanla Türkiyə bir-birinə qarşılıqlı dəstəklərini nümayiş etdirirlər. İki ölkənin əməkdaşlığı türk dövlətlərinin inkişafına töhfə verir.

Digər tərəfdən dünən gecə Ermənistan tərəfinin törətdiyi təxribatlardan sonra qardaş ölkə rəsmi olaraq Azərbaycana öz dəstəyini göstərib. Bu da iki ölkə arasında olan münasibətlərin yüksək səviyyədə davam etməsinin göstəricisidir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə