“Təhlükəsizliyi gücləndirməyə ehtiyac var” - AÇIQLAMA

“Təhlükəsizliyi gücləndirməyə ehtiyac var” - AÇIQLAMA

“Brüsseldə sayca 4-cü Ermənistan və Azərbaycan liderləri arasında keçirilən görüş mühüm siyasi razılaşmalarla yadda qaldı. Bu görüşdə təxribatların yol verilməzliyi, ictimai çıxışların regional sülhü və təhlükəsizliyi möhkəmləndirmək zəmində olmasının arzuolunan səpkidə inkişaf etməsi bildirilirdi”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq İlyas Hüseynov deyib.

İlyas Hüseynov bildirdi ki, Armen Qriqoryan Ermənistanın Təhlükəsizlik Şurasının katibi qismində danışıqlarda iştirak edirdi və bu danışıqlarda da Ermənistan üzərinə bir sıra öhdəliklər götürdü: “Lakin biz Brüsseldə keçirilmiş mühüm görüşdən sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibinin Xankəndinə səfərini müşahidə etdik və səfər həm də sülhməramlıların nəzarət etdiyi ərazidə baş verməklə həyata keçirilirdi. Buna görə də, sülhməramlılarda regional sülhün və təhlükəsizliyin daha da gücləndirilməsində və təxribatların baş verməməsində maraqlı olmalıdırlar. Digər məsələ Armen Qriqoryan təhrikçi çıxışları və təxribatçı səfəri ilə bağlıdır. Bu cür addımlar regionda kövrək sülhü də sarsıdır və təhlükəsizlik seqmentinə kölgə salır. Düşünürəm ki, Ermənistan bundan sonra ki, dönömdə siyasi iradə nümayiş etdirməlidir. Yalnız pozucu destruktiv hərəkətlər icra etməklə regionun gələcəyinə heç bir töhfə vermək olmaz”. İlyas Hüseynov onu da bildirdi ki, təhlükəsizliyi gücləndirmək istiqamətində addımların atılmasına böyük ehtiyac var: “Həm Ermənistan Azərbaycan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı delmitasiya komissiyasının işi, eləcə də iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması ilə bağlı komissiya çox gərgin fəaliyyət göstərməlidir və Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında biz görürük ki, noyabr ayına qədər təhlükəsizliklə bağlı çox ciddi qərar qəbul olunacaq. Ermənistan qeyri-qanuni səfərlərə son qoymalı, sülh müqaviləsinin imzalanması ilə bağlı gərgin fəaliyyət icra etməlidir. Bu xüsusda xarici işlər nazirliklərinin də üzərinə böyük iş düşür. Ona görə də, regionun gələcəyi baxımından Ermənistan həm də sülhə töhfə verməlidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə