Yeni tikiləcək məktəblər müasirliyi və arxitekturası ilə seçiləcək - TƏHLİL

Yeni tikiləcək məktəblər müasirliyi və arxitekturası ilə seçiləcək - TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə Kəlbəcər şəhərində tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılıb

"Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycan tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətini və Azərbaycan xalqının qələbə əzmini, birlik və həmrəyliyini bütün dünyaya göstərdi. Ölkəmizin iqtisadi qüdrətinin artması nəticəsində Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlərin reallaşdırılması bizə Qələbəmizi qazandırdı.

Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyan Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, döyüş qabiliyyətli silahlı qüvvələri olmayan ölkə necə texniki vasitələrə malik olsa belə, onun döyüşdə, xüsusən müharibədə, özü də belə əlverişsiz coğrafi şəraitdə qalib gəlməsi mümkün olmazdı. Bu Qələbə yaşadığımız bölgədə sülh və təhlükəsizliyə töhfəsini verdi. Bu gün Azərbaycan xalqı böyük qələbədən sonra işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdışa başlayıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir.

Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportunun açılışı Azərbaycanın bir daha iqtisadi gücünü göstərdi. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən silahlı təcavüzü zamanı mindən çox təhsil müəssisəsi və uşaq bağçası tamamilə məhv edilib ki, bu gün onların bərpası və yenidən tikintisi önəmli məsələlərdəndir. Əlbəttə ki, gələcəyimiz olan uşaqların normal şəraitdə təhsil almaları, sağlam mühitdə böyümələri vacibdir. Bu gün işğladan azad olunan ərazilərimizdə məktəb tikintisi vacib məsələlrdən biri olaraq diqqətdədir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev "Zəngilan şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər" haqqında Sərəncamına əsasən, Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılıb.

Dövlət başçısının digər Səərəncamı ilə Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılıb. Artıq Şuşa və Ağdam şəhərlərində 960 şagird yerlik məktəblərin tikintisi davam etdirilir. İşğaldan azad olunan ərazilərdə tikiləcək məktəblər müasirliyi və arxitekturası ilə seçiləcəkdir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə