"Yeni qanun layihəsinin hazırlanması istiqamətində kifayət qədər təsirli addımlar atılıb" - DEPUTAT ŞƏRH ETDİ

"Yeni qanun layihəsinin hazırlanması istiqamətində kifayət qədər təsirli addımlar atılıb" - DEPUTAT ŞƏRH ETDİ

"Cəmiyyətdə davamlı olaraq müxtəlif xarakterli dəyişikliklər baş verməkdədir. Azərbaycan cəmiyyətində də bu keyfiyyət dəyişikliyi müşahidə olunmaqdadır. Ümumiyyətlə qeyd etmək lazımdır ki, həyat fəaliyyətinin ən müxtəlif sahələrində xüsusilədə siyasi,mədəni, iqtisadi müstəvilərdə cərəyan edən pozitiv dəyişikliklər bu və ya digər halda mütləq şəkildə müvafiq sahələr üzrə yeni qanun lahiyələrinin hazırlanmasına və qanunvericilik bazasının təkminləşdirilməsini mütləq şəkildə tələb edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, bu baxımdan siyasi partiyalar haqqında yeni qanun lahiyəsi üzərində işlərə başlanılması və bu qanun lahiyəsinin hazırlanması prosesində də ölkəmizdə mövcud olan siyasi partiyaların yaxından iştirakının olması təbii ki, çox vacib və əhəmiyyətlidir: "Nəzərə almaq lazımdır ki, qanun lahiyəsi Milli Məclisin plenar iclasına təqdim olunmamışdan öncə saytda yerləşdirilib. Hesab edirəm ki, bunun özü də pozitiv məqam kimi qiymətləndirilməlidir. Hər şeydən öncə bu ona dəlalət edir ki, siyasi partiyalar haqqında yeni qanun lahiyələri ilə bağlı ictimai müzakirələrin aparılması, ictimai rəyin nəzərə alınması məsələsinə xüsusi diqqət yetirilir. Təbii ki, bu hər şeydən öncə bütün iştirakçı tərəflərin maraqlarının nəzərə alınması məqsədi daşıyır. Ayrıca olaraq ictimai müzakirədən keçmiş, partiyaların birbaşa iştirakı ilə rəyləri nəzərə almaqla hazırlanmış yeni qanun lahiyəsi daha təkminləşmiş olacaq. Bütün bunlar müvafiq istiqamətdə daha yaxşı nəticələrin əldə olunmasına xidmət edəcəkdir. Qeyd etdiyim kimi, siyasi partiyaların yaxından iştirakı üçün bütün imkanlar yaradılmışdır. Belə ki, bu ilin iyul ayının 26-da Azərbaycanda qeydiyyatdan keçmiş siyasi partiyaların təklifləri üçün müraciət edilmişdir. 39 siyasi partiya artıq öz təklifini hazırlayaraq Milli Məclisə ünvanlayıb. Təbii ki, bu təkliflərin nəzərə alınması eyni zamanda plenar iclasa təqdim olunmadan öncə, Milli Məclisin saytında yerləşdirilməsi bütün təbəqələrin iştirakı ilə belə bir vacib qanun lahiyəsinin hazırlanması istəyinin göstəricisidir. Prüalizm, demokratizm prinsiplərə eyni zamanda həsasslığın və sadiqliyin hesab edirım vacib göstəricisidir.

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması prosesində Venesiya Komissiyasının siyasi siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərə alınıb. Qeyd edim ki, sentyabrın 28-i keçiriləcək ilkin ictimai dinləmə, həmçinin növbəti ictimai dinləmə zamanı siyasi partiyaların, digər vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının təklifləri nəzərdən keçirilməklə qanun layihəsi üzərində təkmilləşdirmə işləri aparılacaqdır. Bu baxımdan hesab edirəm ki, “siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması istiqamətində kifayət qədər təsirli addımlar atılıb".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə