"Azərbaycan hərbi sənaye kompleksini yüksək səviyyədə inkişaf etdirir" - DEPUTATIN MÜNASİBƏTİ
"Bakıda IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri keçirilir. Bu sərgilər artıq Azərbaycanın hərbi sənaye kompleksindəki çoxspektorlu inkişafının əyani göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.
Onun sözlərinə görə, artıq Azərbaycan bütün sahələrdə çox böyük inkişaf edən ölkələr sıradındadır: "Azərbaycan bu gün həm siyasi, həm iqtisadi, həm hərbi sahələrdəki sürətli inkişafı dünyanlın diqqət mərkəzindədir. 44 günlük Vətən müharibəsində də ordumuzun gücünü göstərməklə yanaşı həmçinin iqtisadi gücümüzü göstərdik. Artıq bir neçə ildir ki, Azərbaycan hərbi sənaye kompleksini yüksək səviyyədə inkişaf etdirir. Azərbaycan artıq dünyanın bir çox ölkələrinə silah və hırbi avadanlıqlar ixrac edir. Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi islahatlar Azərbaycanın hərbi sənaye kompleksinin yüksək səviyyədə inkişafının bariz nümunəsidir. Bakıda IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilər sayəsində Azərbaycan öz hərbi potensialını göstərmiş oldu. Düşünürəm ki, burada həmçinin müxtəlif ölkələrlə ikitərəfli və çoxtərəfli müqavilələr bağlanıldı. Bu, əlbəttə ki, Azərbaycanın hərbi sənayesində çox önəmli bir məsələdir”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB