Şəhidlərin doğum günündə xatirələri anılıb FOTOLAR

Şəhidlərin doğum günündə xatirələri anılıb FOTOLAR

Sentybar ayının 7 - də Biləsuvar rayon Təzəkənd kəndində I Qarabağ müharibəsi şəhidi Quliyev Tacəddin Allahverdi oğlunun və Ağalıkənd kəndində II Qarabağ müharibəsi şəhidi Qurbanov Ruslan Üzeyir oğlunun doğum günü qeyd olunub.Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon Polis Şöbəsinin rəisi Nəsib Məmmədov, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, RİH-i Başcısı aparatının şöbə müdiri Zamiq Mənsimli, partiya fəalları və ictimaiyyət nümayəndələri II Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, şəhid Qurbanov Ruslan Üzeyir oğlunun doğum günü münasibəti ilə məzarını ziyarət edib ruhuna dualar oxuyublar. Şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub, əziz xatirələri yad edilib.

Daha sonra ziyarətçilər şəhid Ruslan Qurbanovun ailəsinə baş çəkiblər. Ziyarət zamanı şəhidin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb. Onuda qeyd edək ki, şəhidimizin atası Üzeyir Qurbanov I Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranıdır.Şəhidin atası Üzeyir Qurbanov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.Daha sonra ziyarətçilər Təzəkənd kəndində I Qarabağ müharibəsi şəhidi Quliyev Tacəddin Allahverdi oğlunun doğum günü ilə əlaqədar müharibə veteranları ilə birgə şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Azərbaycan Ordusunun əsgəri olan Quliyev Tacəddin Allahverdi oğlu 7 sentybar 1975-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. 8 oktyabr 1993-cü ildə Biləsuvar Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 27 aprel 1994-cü ildə Təzəkənd kənd qəbiristanlığında dəfn olunmuşdur.Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Daxili Qoşunlarının MAHHXHQ-si olan Qurbanov Ruslan Üzeyir oğlu 7 sentybar 1991-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Murovdağ yüksəkliyində şəhid olmuşdur. 2 oktyabr 2020- ci ildə Ağalıkənd kənd qəbiristanlığında dəfn olunmuşdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Qurbanov Ruslan Üzeyir oğlu ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” və medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə