“İstər Milli olmayan "Milli Şura" adlanan bədnam qurum olsun, istər hansısa siyasi partiya olsun, fərq etməz, bu gün Azərbaycanda sabitliyi pozmaq üçün istənilən cəhd bu xalqa və bu dövlətə xəyanətdir”. “Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da “ Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, erməni lobbisinin təsiri altında olan bəzi dünya gücləri olan Qərb dairələri Azərbaycanın 44 günlük qələbəsini həzm etmək istəmir və Cənubi Qafqazda sülh yaranmasına hər vəchlə mane olmağa cəhd edirlər: “Qafqazda maraqlarını heç kimə qurban vermək istəməyən Cənub qonşumuz-İran fars-molla rejimi Azərbaycanın sürətli inkişafına mane olmaq üçün dəridən, qabıqdan çıxır. Bütün bu təzyiqlərin, labirintləşmiş dünyada gedən kəskin geosiyasi mübarizələrin fonunda Azərbaycan inkişafdadır. Hətta təşəbbüs göstərərək yaratdığı türk birliyinin ilbəil möhkəmləndirilməsinə ciddi töhfələr verir. Dünya güclərinin təzyiqinə baxmayaraq Azərbaycan BMT-nin qəbul etdiyi dörd Qətnaməni öz gücünə həyata keçirdi. Məncə on beş il əvvəl bütün bunları yalnız röyalarda görə bilərdik. Belə də nə istəyir bu özünü bilməzlər? Təbii ki, xaricdən gələn pul-para xatirinə ölkədə qarışıqlıq salmaq, sabitliyi pozmaq, əvəzində erməni lobbisinin anti-Azərbaycan fəaliyyət üçün ayırdığı milyonlardan əldə edib, rahat yaşamaq. Yəni bu insanabənzərlərdə şəxsi ambissiya elə qudurub ki, onların Vətən, Xalq, Dövlət haqqında düşüncələrini də salıb öz təsirləri altına. Ancaq mən əminəm ki, həmişə ki kimi yenə bu qüvvələrin istəkləri gözlərində qalacaq. Bu gün Azərbaycan hakimiyyətinin reytinqi o qədər yüksəkdədir ki, bu cür addımlar bu reytinqə təsir etmək iqtidarında deyil. Cəmillərin, əlilərin, onlara bənzər digərlərinin istəkləri yenə gözlərində qalacaq. Buna adım qədər əminəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB