Beynəlxalq miqyasda müzakirə olunan məsələlərindən ən aktualı Avropa ölkələrinin qaz və neft məhsulları ilə təchizatıdır. Yaşanan gərginliklər, sanksiyalar, müharibələr fonunda Azərbaycan etibarlı tərəfdaş olaraq Avropa ölkələri ilə əməkdaşlığını genişləndirir. Azərbaycan artıq illərdir ki, ikitərfli razılaşmalar əsasında Avropa ölkələrindən bəzisinin enerji təchizatında fəal iştirak edir. Bu ölkələrdən İtaliya və Türkiyəni misal göstərə bilərik. Qonşu Gürcüstanın qazla təminatında iştirak edən Azərbaycan son illərdə bu sahədə fəallığını artırıb.
Azərbaycan qaz ixracatını hazırda Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri vasitəsilə həyata keçirir. Bu kəmərlərin ötürmə imkanları uyğun olaraq 16 milyard və 10 milyard kubmetrdir və ölkəmiz onların ötürmə gücünü 2 dəfəyə qədər artırmağa çalışır. Bu ilin avqust ayında Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması təqdirəlayiq haldır. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də - xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Böyük maliyyə vəsaiti tələb edən bu layihələr Azərbaycanda bərpaolunan enerji mənbələrinin istismarına təkan verəcəkdir.
Azərbaycanın Avropanı qazla təchizatı məsələsinin aktuallaşmasına Ukrayna-Rusiya müharibəsi də təsir edib. Bu gün Azərbaycan bölgədə ən etbarlı siyasi, strateji tərəfdaş kimi bir çox inkişaf etmiş dövlətlərin marağına səbəb olub. Azərbaycanın sıx siyasi və iqtisadi əlaqələrə malik olduğu Avropa ölkələrindən biri İtaliyadır. Azərbaycan-İtaliya əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. Çünki İtaliya dövləti hər zaman Azərbaycanın milli dövlətçilik maraqlarına böyük hörmətlə yanaşıb və dünya siyasi arenasında ölkəmizi diplomatik istiqamətdə daima dəstəkləyib. İtaliya şirkətlərinin Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz nümunəsidir.
Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həmdə ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir. Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində Azərbaycan-İtaliya ikitərəfli əmədaşlıq haqqında sənədlərin imzalanması iki ölkə arasında yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu. Bu da ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu və nüfuzundan xəbər verir.
Bu gün dünyada Azərbaycanın mavi yanacağına tələbat durmadan artmaqdadır. Bu amil ölkəmizin bir sıra Avropa ölkələri üçün etibarlı strateji tərəfdaş olmasından irəli gəlir. Azərbaycan qazına tələbatın artması ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq. Təbii ki, bütün bu işlərin həyata keçirilməsində ölkə Prezidenti İlham Əliyevin zəhməti danılmazdır. Sentyabrın 2-də Prezident İlham Əliyevin xüsusi qonaq qismində İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı, eləcə də Prezidentin "Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu" mövzusunda çıxışı çox böyük marağa səbəb oldu. Yeni tərəfdaşlıq platformalarının yaradılması Avropanın ən böyük iqtisadiyyatına sahib olan İtaliya ilə Azərbaycan arasında yeni səhifə açıb. Prezident beynəlxalq forumda iştirakı ölkəmiz üçün ayrıca mühüm hadisədir, çünki beyin mərkəzi tərəfindən ənənəvi olaraq təşkil edilən forumlar daim dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Eyni zamanda bu, Avropanın geosiyasi və geoiqtisadi maraqları daxilindəki prioritet məsələlərin müzakirə edildiyi mötəbər bir platforma hesab edilir.
Çıxışı zamanı İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının işlənməsi olub və artıq ölkəmizin təsdiqlənmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Son dövrdə isə Azərbaycana 10-dan çox ölkədən - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən ya mövcud qaz təchizatının artırılması, ya da qaz təchizatına yeni qoşulma ilə bağlı rəsmi müraciətlər daxil olub.
Ölkəmizin rəhbəri forumdakı çıxışında beynəlxalq ictimaiyyətə önəmli mesajlar verməklə, həm yeni durumun real mənzərəsini yaratdı, həm də yeni siyasi-iqtisadi münasibətlərin zəruriliyini diqqətə çatdırdı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolundan danışan Prezident cənab İlham Əliyev bildirdi ki, ölkəmiz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərinə götürüb və bunu uğurla gerçəkləşdirib. Ölkəmizin iştirakçısı olduğu, ən əsası regional çərçivədə qurulan əməkdaşlığın illər keçdikcə beynəlxalq miqyas alması, coğrafiyasını genişləndirməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin göstəricisidir.
Aliyə Orucova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaş
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB