"Ermənilərin atəşkəsi pozmasının səbəbi bəllidir" - POLİTOLOQ AÇIQLADI
“Erməni tərxibatları bu cür davam edə bilməz. Bunun sonu olacaq”. Bu fikirləri politoloq Samir Hümbətov bildirib.
Onun sözlərinə görə, amma indiki halda ermənilərin təxribatçı əməlləri dayanacaq kimi görünmür: “Bunun da səbəbləri var. Əvvəla onu deyə bilərik ki, həmin ərazilərdə Rusiya sülhməramlıları fəaliyyət göstərir və onlar mütəmadi şəkildə ermənilər vasitəsilə atəşkəsi pozmağa çalışır. Bu da əlbəttə ki, onların özlərinə sərf edir. Ona görə bu addımı atırlar. Düşünürəm ki, bu cür hərəkətlər o zamana qədər davam edəcək ki, biz Ermənistanla hər hansı bir formada sülh müqaviləsinin imzalanmasını həyata keçirək. Yəni geniş tərkibli sülh müqaviləsi imzalansın. Bundan sonra düşünürəm ki, bu proseslər ləngiyə bilər. Amma indiki halda bununla bağlı dəqiq bir fikir söyləmək düzgün olmaz. Rus sülhməramlılarının təkidi ilə həmin ərazidə qalmış erməni terrorçu dəstələri və onun ünsürləri bu atəşkəsi zaman-zaman pozacaqlar. Bunun da səbəbi odur ki, Rusiya hərbiçiləri orada növbəti 5 ili də qalsın. Çünki təxribatlar çox olarsa rusların burada daha çox qalmaq ehtimalı olacaq. Ona görə də istər Kəlbəcər istiqamətində, istər Şuşa istiqamətində istərsə də digər sərhəd bölgələrində atəşkəsin mütəmadi şəkildə pozulması gözlənilən haldır. Bunun qarşısı ancaq sülh müqaviləsi ilə alına bilər. Sülh müqaviləsindən sonra nə rus hərbiçiləri üçün, nə də erməni terrorçuları üçün bəhanə qalmayacaq. Bundan sonra Azərbaycan öz istəklərini tam şəkildə həyata keçirə biləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB