“Brüssel görüşündə artıq əldə edilən qərarlara müvafiq olaraq addımlar atılmalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
Politoloq qeyd edib ki, xarici işlər nazirlərinin sentyabr ayında görüşü planlaşdırılır və görüşdə mətnlər üzrə danışıqların davam etdiriləcəyi gözlənilir: “Bu mətndə isə ərazi bütövlüyü və sərhəd toxunulmazlığı kimi məsələlər öz yerini tapır. Burada maraqlı məqam ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazi və sərhəd bütövlüyünü tanımaqla Qarabağın Azərbaycan torpaqları olduğunu qəbul etməlidir. Buna görə də Ermənistan tərəfi 1991-ci ildə qəbul etdiyi müstəqillik aktında və konstitusiyasında dəyişiklik etməlidir. Çünki qəbul edilən akta istinadlar kimi 1989 cü ilin 2 dekabr tarixində qondarma separatçılar tərəfindən Ermənistanın birləşməsi haqqında qərar və qanunlar mövcuddur. Ermənistan artıq gələcəyə baxmalıdır, keçmişə yox. Əlbətdəki qarşıda duran əsas məsələlərdən biri də erməni hərbi birləşmələri Qarabağın dağlıq hissəsindən çıxarılmalıdır. Delimitasiya və demarkasiya məsələləri və s. bütün bunlar həll olunmalıdır. Yaxın 3 ay çox mühüm bir dönəmdir. Demək olar ki, müəyyən razılaşmalar var və bunlara təsir göstərən başqa qüvvələr var. Ermənistanın baş naziri bilməlidir ki, Brüssel görüşündə əldə olunan razılıqlar onlar tərəfindən icra edilməzsə bu artıq yenidən hərbi əməliyyatların başlaması təhdidini artırır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB