Zelenski Liz Trassla telefon danışığı aparan ilk prezident olub
Böyük Britaniyanın yeni Baş naziri Liz Trass təyinatından sonra ilk telefon danışığı aparıb. Bu barədə SİA Ukrayna Prezidenti Volodimir Zelenskinin tviter səhifəsinə istinadən xəbər verir.
"Mən Britaniya xalqına Ukraynaya müdafiə və iqtisadi dəstəyə görə liderliyinə görə minnətdarlığımı bildirdim. Böyük Britaniyanın bunun daha da güclənməsinə hazır olması vacibdir", - paylaşımda deyilir.
Zelenski Liz Trassı Ukraynaya dəvət edib və onunla təhlükəsizlik təminatlarını müzakirə edib. Liderlər həmçinin Ukraynanın bərpasında Britaniyanın iştirakını da müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB