"Makronun Türkiyə ilə bağlı açıqlaması təəssüf doğurur" - TÜRKİYƏ XİN RƏHBƏRİ

"Makronun Türkiyə ilə bağlı açıqlaması təəssüf doğurur" - TÜRKİYƏ XİN RƏHBƏRİ

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa prezidenti Emmanuel Makronun Türkiyə ilə bağlı açıqlamalarına münasibət bildirib. SİA xəbər verir ki, Çavuşoğlu bunları deyib. "Cənab Makronun açıqlamaları təəssüf doğurdu. Biz Türkiyə olaraq Afrikada və ya başqa yerdə bir ölkəni rəqib olaraq görmürük. Hər kəslə əməkdaşlıq etmək istəyirik".

Çavuşoğlu həmçinin fikirlərinə əlavə edərək söyləyib. "Bəyanatlarımızda açıq ifadələr işlədirik. Keçmişdə Fransanın Afrikadakı müstəmləkəçilik anlayışı işə yaramadı, keçmişdə müstəmləkəçi yanaşmasından ibrət alsınlar. Fransaya qarşı bir münasibət varsa, onu Türkiyədə və ya başqa ölkələrdə axtarmamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə