"Ermənistan sülhə və təhlükəsizliyə qarşı çıxır" - POLİTOLOQ AÇIQLADI
“Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlətlərinin liderləri arasında mühim görüş keçiriləndən sonra Kəlbəcər istiqamətində Azərbaycan mövqeyləri atəşə tutulub”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Politoloqun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Ermənistan sülhə və təhlükəsizliyə qarşı çıxır, regionda sabitliklə bağlı təşəbbüslərin üzərindən xətt çəkir və danışıqlarda səmimi deyil: “Həmçinin biz siyasi müstəvidə də görürük ki, Ermənistanın Baş naziri və Xarici İşlər naziri danışıqların ruhuna və Şarl Mişelin bəyanatına uyğun olmayan fikirlər səsləndirir və yenidən ATƏT-in Minsk qrupu eyni zamanda status kimi regionda gedən geosiyasi proseslərlə uyğunluq təşkil etməyən məsələlərin qabardırılması yalnız Ermənistanın özünün əleyhinə işləyir və regional prosesləri də ləngidir. Bununla Ermənistan vaxt udmağa çalışsa da beynəlxalq vasitəçilər Ermənistana təziqlər göstərməlidirlər. Həmçinin hərbi aspektə təhlükəsizliyə təhdid törədən addımların atılması regional eskalasiyanın gücləndirilməsinə yönəlmiş hərbi siyasi təxribatlar yalnız təhlükəsizlik arxitekturasına mənfi təsir göstərir və burada rəsmi İrəvan maraqlı tərəf kimi çıxış edir. Ermənistanın təxribatları yalnız bununla da məhdudlaşmır. Ermənistanın baş naziri Nikol Paşinyan qondarma rejimin dırnaq arası müstəqilliyinin yaradılması ilə bağlı təbrik məktubu göndərmişdir. Eyni zamanda Ermənistanın təhlükəsizlik şurasının katibi Armani Qriqoryanda Xankəndinə səfər etmişdir və bu regional təhlükəsizliyin Ermənistan tərəfindən pozulduğunun göstəricisidir. Həmçinin Ermənistana qarşı bütün bu mənfi addımların atılması ilə bağlıda rəsmi Bakı tutarlı cavab verəcək və hər bir təxribatın qarşısı qətiyyətlə alınacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB