Ermənilərin çıxarmalı olduqları NƏTİCƏLƏR - TƏHLİL

Ermənilərin çıxarmalı olduqları NƏTİCƏLƏR - TƏHLİL

Azərbaycan uzun müddətdir ki, Qərb üçün, ümumiyyətlə, bütün dünya ölkələri üçün mühüm tərəfdaş olaraq qəbul olunduğu halda, Ermənistan gündən-günə geriləməkdə, hətta yaddaşlardan belə silinməkdədir. İndi erməni cəmiyyəti özü də ona görə təlaş içindədir ki, özlərinə rəqib hesab etdikləri Azərbaycan öz yerini çoxdan müəyyənləşdirib və bu yeri durmadan möhkəmləndirməkdədir, halbuki ermənilərin vəziyyəti günü-gündən pisləşir.

Bilirik ki, uzun illərdir erməni cəmiyyəti öz-özü üçün guya məğlubedilməz bir qondarma mif yaratmışdı və bu mifin fonunda da Azərbaycanı gücsüz ölkə kimi təqdim etmək sanki bir erməni ənənəsinə cevrilmişdi. Erməni cəmiyyəti bu ənənənin havasında ikən birdən ayıldı ki, məğlubedilməzlik bir tərəfə, rüsvayçılıq içərisindədirlər. Ermənilər qəflətən fərqində oldular ki, qondardıqları hər şey də əllərindən çıxıb, qondardıqları mifləri də darmadağın edilib, hətta rəzil vəziyyətlərini də bütün dünya müşahidə edir. Gördülər ki, dünya ictimiyyəti Azərbaycanın möhtəşəm qələbəsini etiraf etdi və bizim hərbimiz, apardığımız savaş, sonuncu müharibə dünyanın sayılıb-seçilən hərbi məktəblərində tədris edilir, öyrənilir.

Təbii ki, rəqibi qiymətləndirməməkdən daha böyük səhv və təhlükəli bir şey yoxdur. Ələləxüsus, Ermənistan, özü get-gedə zəiflədiyi, tamamilə uğursuz bir ölkəyə çevrildiyi halda, erməni cəmiyyətinin rəqib kimi bəllədiyi ölkəmizin uğurlarını hesaba almaması, qüdrətləndiyini görməməzliyə vurması və ya gizlətməsi çox böyük səhvdir, hansıki bu səhvin bədəlini erməni xalqı ödəməli oldu. Azərbaycanın uğurlarını, müvəffəqiyyətlərini, üstünlüklərini düzgün qiymətləndirməyən, yaxud, düzgün qiymətləndirməkdən boyun qaçıranlar Ermənistanı çox acınacaqlı duruma sürükləyiblər, çünki özləri-özlərini aldadaraq uçuruma aparıblar. Guya yaşayışı qibtə olunmalı olan Ermənistan, ermənilərin öz dilləri ilə desək, qibtə olunmaz hala düşdü, yəni çox aciz bir duruma. Halbuki, ermənilər normal, sivil, sülh və əminamanlıq şəraitində yaşamağı, mövcudluğu qruya bilərdilər ki, hər kəs bunun əksini müşahidə edir.

Avropa Şurasının Sədri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti cənab İlham Əliyevin dördüncü Brüssel görüşünün nəticələrini gözdən keçirərkən, dəyərləndirərkən bir sıra incə məqamlar ortaya çıxır ki, bu da erməni cəmiyyətini, ən sıravi ermənini ayıltmaq üçün kifaət edər. Ən azından ermən cəmiyyəti, erməni xalqı görməli, dərk etməli, heç olmasa fərqində olmalıdır ki, hələ də kimlərsə tərəfindən aldadılır və yenə də yalanlarla doldulrularaq nəyə isə, hansı yola isə təhrik edilirlər, hansıki bu, onların xilas yolu deyil, məhvinə aparan yolduq. Ermənistan ictimaiyyəti görməlidir ki, hər şey rəsmi Bakının maraqlarına, tələblərinə uyğundur və deməli, onlara verilən yalan vədlər, yalanlar, ayaq tutub yerimir. Proses Azərbaycanın istədiyi şəkildə gedir və getməlidir də.

Əgər nə vaxtsa beynəlxalq miqyaslı görüşlərdə, platformalarda “Dağlıq Qarabağ” ifadəsi işlədilirdisə, indi artıq işlədilmir. Zaman-zaman ermənilər məhz Ermənistan hakimiyyəti tərəfindən aldadıldığı ortaya çıxır. İndi erməni cəmiyyəti, Ermənistan ictimaiyyəti, ermənilər nəticə çıxarmalıdırlar. Bilməlidirlər, başa düşməlidirlər ki, onlara vəd edilən yalnız yalan ifadələr olub. Çoxdandır ki, ermənilər öz içlərindən olan avantüristlərin manipulyasiya etmələrinə görə ciddi ziyan görüblər. Artıq nəticə çıxarmalıdırlar ki, belə davam etsə daha böyük zərərlə, hətta bir-birinin ardınca fəlakətlə qarşılaşmalı olarlar.

Ermənistan ictimaiyyəti də elə bütün dünya ictimaiyyəti kimi görür ki, Azərbaycan həddindən artıq güclənib və güclü dövlətdir. Hər kəs görür ki, Azərbaycan gücəndikcə Ermənistan zəifləyib, zəifləməkdə də davam edir və ölkəmizin qüdrəti qarşısında hansısa avantüristin, manipulyatorun yaratmaq istədiyi qondarma mif heç bir rol oynya bilməz. Onsuz da yaratdıqları miflər Azərbaycan tərəfindən cəmi 44 gün ərzində darmadağın edildi və indi danışılacaq söz, veriləcək vəd belə qala bilməz. Ermənistan tərəfinin ən böyük və əsas səhvi prosesləri, Azərbaycanın günü-gündən gücləndiyini, qüdrətli dövlətə çevrildiyini əvvəlcədən görə bilməməsi, yaxud görmək istəməməsi və adekvat qərarlar qəbul edə bilməməsidir. Rəsmi Bakının guya blef etdiyini öz çıxışlarında daxili auditoruyaya söyləyən, bununla da öz çirkin niyyətlərini həyata keçirməyə çalışanlar indi erməni cəmiyyətinin hədəfində olmalıdır. Ona görə ki, Azərbaycanı guya gücsüz kimi qələmə verməklə, özlərini isə guya məğlubedilməz göstərməklə onlar bütövlükdə erməni cəmiyyətini yanlış yola sürükləyiblər. Elə indi də proseslərin, ələlxüsus Zəngəzur dəhlizinin reallaşdırılmasının, başlıcası da sülh danışıqlarının yubandılmasına çalışanlar erməni xalqını, Ermənistan ictimaiyyətini aldadırlar. Artıq ermənilər doğru nəticələr çıxarmalıdırlar və Azərbaycanın yaratdığı reallıqlarla barışmalıdırlar.

Bütün dünya Azərbaycanın yaratdığı reallıqları qəbul edib. İlk növbədə ermənilər özlərinə tərəfdaş bildikləri Rusiya tərəfinin də bu reallıqları qəbul etdiyini görməlidirlər. Görməlidirlər və nəticə çıxarmalıdırlar ki, ən böyük məğlubiyyətlə qarşılaşıblar və bu məğlubiyyətləri fonunda qalib tərəf olan Azərbaycanın tələblərini yerinə yetirməli, sülh danışıqlarını yubatmamalıdırlar. Bilməlidirlər ki, indi artıq Azərbaycan bölgədə ən güclü dövlətdir və dünyanın ən inkişaf etmiş ölkələri belə bu reallığı qəbul edir. İndi ermənilərin çıxara biləcəyi ən doğru nəticə ondan ibarətdir ki, Ermənistan bir dövlət olaraq Azərbaycanın yaratdığı reallıqları qəbul edərək, sülh danışıqlarına gedərək, bununla da bölgədə marginallaşmış vəziyyətdən çıxaraq məhv olmaq təhlükəsini aradan qaldırsın.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə