"Azərbaycan İtaliya üçün prioritet ölkədir” - POLİTOLOQ ŞƏRH ETDİ
"Azərbaycan-İtaliya əlaqələri post-müharibə və post-pandemiya dövründən yeni mərhələyə qədəm qoydu. Bu istiqamətdə siyasi-iqtisadi əlaqələr yüksək səviyyədədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, hərbi-texniki əlaqələri də nəzərə alsaq, bütün parametləri ilə İtaliya Azərbaycanın Avropada strateji müttəqifiqi səviyyəsindədir: "Artıq iki dövlət arasındakı iqtisadi və ticari dövriyyə 11 milyard dollar civarındadır. Bu, Azərbaycanın Avropa ölkəsi ilə iqtisadi əlaqələrinin birinci yerdə olduğunu göstərir. Azərbaycan-İtaliya əlaqələri müstəqillik illərindən bəri mühüm strateji tərəfdaşlıq istiqamətində irəliləyir. Neft sahəsində Azərbaycan İtaliyanın ixracatında birinci yer tutur.
Prezident İlham Əliyevin İtaliyaya səfəri, ikitərəfli əməkdaşlıq istiqamətində aparılan danışıqların predmeti ondan ibarətdir ki, bundan sonra iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələnin başlanğıcı olacaq. Yeni dünya nizamı qurulub. Yeni dünya nizamına uyğun Azərbaycan-İtaliya münasibətləri formalaşmalıdır. Çünki Rusiya-Ukrayna müharibəsi Avropanın geosiyasi situasiyanı dəyişir. Bu xüsusda iki dövlət Avropanın enerji təhlükəsizliyinin qorunmasında əməkdaşlıq rolu oynayır. Prezidentin İtaliya səfərində bu məsələlər xüsusilə qeyd edilib. Bu gün Azərbaycan-İtaliya münasibətlərinin inkişaf etdirilməsində mühüm addımlar atılır. Düşünürəm ki, İtaliyanın Cənubi Qafqazda iqtisadi maraqları var. Bu iqtisadi kontekstdə Azərbaycan İtaliya üçün prioritet ölkədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB