“Samo” iddia edir ki, dezertir deyil? İDDİA

“Samo” iddia edir ki, dezertir deyil? İDDİA

Samvel Babayan Mikael Arzumanyanın, Cəlal Arutyunyanın aqibətlərini yaşamamaq üçün planlar cızır

Erməni işğalçı qüvvələrinin Qarabağdakı keçmiş “komandanı” və 2020-ci ildə özünü “dqr”in “təhlükəsizlik şurasının katibi” kimi sırıyan “Samo” ləqəbli Samvel Babayan onu fərarilikdə ittiham edənlərə cavab vermək və boynundakı dezertir damğasını silmək üçün özünü daha da çıxılmaz vəziyyətə salıb.

SİA xəbər verir ki, erməni KİV-lərinin yazdığına görə, Babayan 44 günlük müharibənin son günlərində bundan sonrakı müqavimətin yersiz olduğunu deyərək 2020-ci ilin 6 noyabr tarixində İrəvana qaçıb.

Sən demə 2020-ci ilin 6 noyabrında o Qarabağdan qaçmayıb və “Araik Arutyunyanın göstərişi” ilə İrəvana gedibmiş (???)

Babayan ona qarşı ünvanlanmış ittihamlara cavab olaraq deyib ki, sən demə 2020-ci ilin 6 noyabrında o Qarabağdan qaçmayıb və “Araik Arutyunyanın göstərişi” ilə İrəvana gedibmiş və s. Və maraqlısı da budur ki, “Samo” Arutyunyanın ona verdiyi “göstərişinin” nədən ibarət olduğunu açıqlamayıb, guya bu, “dövlət və xidməti sirrdir” (???).

Halbuki, Samvel Babayannın Qarabağdan qaçışından sonra oradakı separatçı-quldur və işğalçı rejimin bütün heyəti İrəvana qaçmışdı.

Artıq hazırda Qarabağda işğalçı rəhbərliklərin də məhkəmələrinə hazırlıq işləri gedir. Bu xüsusda Mikael Arzumanyanın, Cəlal Arutyunyanın və sairlərinin də fərarlikdə, xəyanətdə və s. ittihamlarda suçlandıqları təsdiqini tapıb. Görünür, “Samo” da həmin aqibətlərdən yaxa qurtara bilməyəcəyi üçün indidən tədbir planlarını işə salıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə