Ömrünü xalqına həsr edən Lider - ŞƏRH

Ömrünü xalqına həsr edən Lider - ŞƏRH

Belə bir fikir var ki, böyük şəxsiyyətlərin dünyaya gəlişi sakit, idarəçiliyə gəlişi mərhələli, idarəçilikdən gedişi xarizmatik, siyasi hakimiyyətə yenidən qayıdışı isə möhtəşəm olur. Bu möhtəşəm qayıdış heç də həmişə yox, yalnız tarixin gedişatının dəyişdiyi məqamlarda baş verir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinə nəzər saldığımız zaman biz bu mərhələləri açıq-aydın görürük.Ümummilli Liderin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisə idi.

Dünyanın iki nəhəng dövlətindən biri kimi tanınan Sovet İttifaqının rəhbərlərindən biri olmuş, uzun illər Azərbaycan Respublikasına bacarıqla rəhbərlik etmiş Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi milli dövlətçilik tariximizin ən mühüm hadisəsi, xalqımızın itməkdə olan ümidlərinin dirçəlməsi və gələcəyə inamının artması baxımından möhtəşəm dönüş idi.Göründüyü kimi, siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu öndər Heydər Əliyev gördüyü işlər, həyata keçirdiyi islahatlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Ulu Öndərin gərgin fəaliyyəti və səyləri nəticəsində sabitlik təmin edildi, muxtar respublikanın sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Naxçıvanda həyata keçirlən tədbirlər, əldə olunan nailiyyətlər 1990-1993-cu illərdə xaos və qarşıdurmalar mərhələsini yaşayan, qardaş qırğını və vətəndaş müharibəsi həddinə gəlib çatan Azərbaycan üçün ümid, nicat yeri idi.Azərbaycan xalqı ulu öndərə çağırış edərək "Heydər baba! Xalqı bu bəladan qurtar!" deməsi bir daha üzaqgörənliyini, müdrikliyini nümayiş etdirdi. Təbii ki, Ulu öndər canından çox sevdiyi xalqının, ölkəsinin bu vəziyyətinə biganə, seyirci qala bilməzdi. 1993-cü ilin 9 iyun tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur.

Müstəqil ölkəmizin bugünkü uğurları məhz Heydər Əliyev zəkasının, siyasi kursunun təntənəsidir. Ömrünü xalqına həsr edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi liderdir. Azərbaycanın uğurla inkişaf edən ölkəyə çevrilməsi məhz Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında siyasi və iqtisadi sistemin möhkəmlənməsi nəticəsində əldə olunmuş nailiyyətdir.Sevindirici haldır ki, bu gün də bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir.

Məhz bu siyasətin nəticəsində Azərbaycan məğlub ölkədən, qalib ölkəyə çevrildi.Azərbaycan dövləti var olduqca , Azərbaycan xalqı yaşadıqca Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Laçın İsmayılov

YAP Göyçay rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə